BTQ-yə maraq niyə artır?

BTQ-yə maraq niyə artır?

Koronavirus (COVID-19) pandemiyası dövründə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük daşımalarına marağın artdığı hiss olunur. Bu baxımdan Türkiyədən daşımalar xüsusilə qeyd olunmalıdır. 

Məsələn, bu il aprelin 18-də qonşu ölkənin istehsal etdiyi məhsulları daşıyan 940 metr uzunluğunda, 82 konteynerdən ibarət yük qatarı tərəfdaş ölkələrə doğru yola düşüb. Mayın 4-də isə Türkiyədən Gürcüstana rekord uzunluğa (1 050 metr) malik qatar yola salınıb. Qatar 100 konteynerdən ibarət olub. İyunun 18-də isə "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC BTQ ilə yeni növ yüklərin nəqlinə başlayıb. 

Sfera.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşəd Həsənov dəmir yolu xəttinə marağın artmasını təbii sayır, amma o, hesab edir ki, layihəni daha da rəqabətqabiliyyətli etmək lazımdır: "BTQ-nin potensialının artırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Artıq Qazaxıstan və Türkmənistan limanlarından Bakının Qaradağ rayonunun Ələt qəsəbəsindəki Yeni Bakı limanına yükdaşıma ilə bağlı biznes subyektləri arasında sazişlər var. Bununla belə, dəmir yolu xəttinin rəqabətqabiliyyətliliyinin daha da artırılması istiqamətində əlavə addımların atılmasına ehtiyac var”.

Onun fikrincə, BTQ-nin Azərbaycan hissəsində qatarların sürətini artırmaqla və daşıma tariflərinə yenidən baxmaqla dəmir yolu xəttini daha cəlbedici etmək olar: "Nəzərə almaq lazımdır ki, yük daşımaları üçün ənənəvi marşrutlar var, bu istiqamətdə yanaşmaları dəyişmək üçün müəyyən qədər vaxt və daha peşəkar təqdimat lazımdır. Həmçinin daşımaların sürətinin artırılmasına, tariflərə yenidən baxılmasına ehtiyac var. Ümumiyyətlə, pandemiyanın geniş yayılması daha ehtiyatlı daşıma vasitələrindən istifadə üçün çağırış formalaşdırıb". 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. 



OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...