BSU-nun ən gənc rektoru kim olub? -MÜSAHİBƏ

BSU-nun ən gənc rektoru kim olub? -MÜSAHİBƏ

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Bakı Slavyan Universitetinin əməkdaşlarının "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Qeyd edək ki, bu universiteti digərlərindən fərqləndirən bir cəhət orda tələbələrin ildə bir dəfə bir günlük rektor seçilməsidir. Sfera.az bu ənənənin iştirakçılarından biri BSU-nun Tələbə Gənclər təşkilatının sədr müavini olmuş Rəhim Qədirovdan maraqlı müsahibə alıb.
 -İlk öncə bunu bilmək maraqlı olardı necə oldu siz rektor seçildiniz?
2013-cü ildə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan Filologiyası fakültəsinin Jurnalist ixtisasına qəbul olmuşam.Elə həmin ilin noyabrında BSU-da keçirilən "Xəlifə günü” ilə tanış oldum. Heç bir Azərbaycan univesitetində keçirilməyən bu layihə mənə maraqlı gəldi. Fəlsəfəsini sonralar daha yaxşı qavrayacağım bu layihə hələki mənə universitetdə tanınmaq şansı verirdi. Həmin il "Xəlifə günü” layihəsində Təlim-tərbiyə işləri üzrə şöbə müdiri vəzifəsi təsis olundu və mən həmin vəzifəyə təyin olundum. Bu layihədə işim bitdikdən sonra Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini təyin olundum. Minə yaxın üzvü olan bu təşkilatın idarəçilərindən biri olmaq məsuliyyətli olsa da, iştirak etdiyimiz layihələr, maraqlı gəzintilər, tələblərlə keçirilən diskussiyalar bu məsuliyyətin yükünü yüngülləşdirirdi.Bu aktiv tələbə həyatı məni universitetin birinci adamı olmağa qədər gətirib çıxardı. "Bir günlük Xəlifə” layihəsində Rektor vəzifəsinə seçildim.Qeyd edim ki, ən gənc rektor idim, 19 yaşım vardı. Proses 3 mərhələdən ibarət idi. İlk mərhələdə münsiflər yazdıqlarımızı yoxlayır, ikinci mərhələdə çıxışlar olur və yalnız iştirakçılar səs verir, üçüncü mərhələdə isə çıxışları universitetin bütün tələbələri dinləyib səs verə bilər.
-Rektor olduğunuz dövrdə hansı maraqlı hadisələr baş verdi?

Çox maraqlı hadisələr baş verdi. Məsələ orasındadır ki, vəzifənin özü artıq maraq demək idi. Məktəbi bitirmiş, həyata yeni addım atan, bəzi qərarları hətta özü verə bilməyən bir tələbə, bütün universitet üçün qərar verirdi, onları dinləyir, onlara kömək etməyə çalışırdı. Böyük komandanı idarə edir, xarici ölkə səfirləri və Azərbaycanın böyük təşkilat və nazirliklərinin nümayəndələri ilə görüşürdü. Hər şey yuxu kimi idi.1 gün rektor olursan, tam, yəni səhər 8-də sürücü qapının önündə gözləyir, qarşılama mərasimi olur və s. Birgündən sonra isə 1 il "Kölgə Kabineti"nin sədri olursan. Bu isə o deməkdir ki, hər zaman rektorun yanında olmalı, tələbələrin istəklərini ona, onun istəklərini tələbələrə çatdırmalısan. Əsas məqam odur ki, tələbələrin xeyrinə iş görə biləsən, vəzifədən sui istifadə etmədən, həqiqi, obyektiv və düzgün işlər görəsən.BSU-nu BSU edən onun bucür köklü adət-ənənəsidir, olmasa BSU-nun dadı qaçar.İki maraqlı hadisə oldu: Birincisi BSU-da ilk dəfə təşkil edilən "Beynəlxalq sərgi" idi. Bu bizim təşəbbüsümüzlə hazırlanmışdı və 15-ə yaxın ölkənin mədəniyyətini nümayiş etdirirdi. İkinci məsələ isə Çexiya Səfiri və Türkiyə ATAŞE-si ilə olan görüşüm idi. Hər ikisi diplomatik insanlar idi və bir tələbə olaraq onlarla ünsiyyətdə olmaq məsuliyyətli iş idi. Ümumilikdə rektorluq özü də məsuliyyətli və çox da ağır olmayan işdir. Bundan zövq alırdım. Mən lider idim, bu da o deməkdir ki, həmin gün hər bir tələbənin, hər bir müəllimin və BSU-da işləyən hər kəsin yanında idim. Onlara kömək etmək mənə qürur verirdi. Və onu da qeyd edim ki, biz kiməsə görə, vəzifəyə, tərifə, xoş sözlər və xoş qiymətlərə görə çalışmırdıq, biz BSU-nu həqiqətən sevirdik və onun daha müsbət yöndə inkişaf etməsi üçün çalışırdıq.
-Gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərməyi planlaşdırırsınız?

Gələcək hədəflərim, öz ixtisasım üzrə (Jurnalist) mütəxəssis olmağa çalışıram. Turizm və səyahət haqda yazılar yazıram, Azərbaycan turizminin KİV-də rolunu və inkişaf problemlərini araşdırıram, bu haqda diplom müdafiə edəcəm. Bundan başqa dünyada tanınmış araşdırmaçı jurnalistlər barəsində kitab yazmağa qərar vermişəm və bunun üzərində işləyirəm. Bir şeyi də qeyd edim ki, gələcəkdə rektor olsam kifayət qədər demokratik, açıq fikirli, hər kəsin dininə, dilinə, siyasi düşüncələrinə hörmət edən, təhsili yüksək təşkil edən və tələbələrin həyatını daha maraqlı və daha dəyərli etməyə çalışan rektor olaram.

  - Uğurlar

  Təşəkkür edirəm.

 




OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...