Brüssel görüşündə yeni sənəd imzalanacaq? – “Avropa İttifaqı təklif edəcək ki...”

Brüssel görüşündə yeni sənəd imzalanacaq? – “Avropa İttifaqı təklif edəcək ki...”
"Brüssel görüşündə hər hansı sənədin imzalanacağını düşünmürəm”.
 

Bunu Sfera.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. O görüşdə Avropa İttifaqının üzərinə düşən vəzifəni belə izah edib:

"Görüşlərin davamlılığını, gündəliyin bəlli olmasını biz format adlandıra bilərik. Amma burada nə gündəlik, nə də müzakirə olunan mövzular var. Əsas mövzular üzrə razılıqlar Soçidə əldə olunub. Onların implimentasiyası ilə bağlı işlər haqqında liderlər tərəfindən fikirlər söylənilib. Böyük ehtimalla, Aİ humanitar sahədə yardımçı olmağı təklif edəcək. Çünki Aİ-nin bu istiqamətdə olduqca böyük təcrübəsi var. Təxminən 20 il ərzində Avropa İttifaqı azərbaycanlılarla ermənilərin vətəndaş cəmiyyəti səviyyəsində münasibətlərini tənzimləyən layihələri maliyyələşdirib, 10 milyonlarla avro dəyərində pullar xərclənib. Onlar bunu bir neçə beynəlxalq qeyri-hökümət təşkilatları vasitəsilə həyata keçiriblər. Azərbaycan və Ermənistanda geniş partnyor şəbəkəsinə malikdirlər”.

Müsahibimiz qeyd edib ki, Aİ tərəflərin razılığı ilə "people to people” kontaktlarını öz üzərinə götürə bilər:

"Eyni zamanda humanitar məsələlər var – məcburi köçkünlərin qayıtması, minalardan təmizləmə, hər hansı texniki yardımın göstərilməsi, ermənilərin böyük ehtimalla diversantların qaytarılması ilə bağlı qaldıracağı məsələ və s. Bir şeyi anlamaq lazımdır ki, bütün humanitar aksiyalar üçtərəfli formatda qəbul olunan qərarların icrasından asılı olacaq. Əgər bu qərarların icrası vaxtında, düzgün həyata keçiriləcəksə, əlbəttə, humanitar aksiyaların da paralel olaraq reallaşması nəzərdə tutulur. Bu da cəmiyyətlər arasında qarşılıqlı inam, etibarın yaradılmasına xidmət edəcək”.

Xatırladaq ki, 15 dekabrda Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi planlaşdırılıb. Görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...