Brüssel görüşü baş tutmaya bilər - Politoloq səbəbləri açıqladı

Brüssel görüşü baş tutmaya bilər - Politoloq səbəbləri açıqladı
Ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İsveçin paytaxtı Stokholmda keçirilməsi planlaşdırılan görüşün baş tutmaması Brüssel görüşü ilə bağlı məsələni gündəmə gətirib. Artıq bu istiqamətdə bədbin proqnozlar var desək, yanılmarıq.
 
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov da bildirib ki, Azərbaycanla Ermənistanın dövlət başçıları arasında dekabrın 15-nə  nəzərdə tutulan görüş keçirilməyə bilər.

"Diqqətlə nəzərdən keçirdikdə, Azərbaycan ərazisinə qanunsuz səfər edən deputatların Ermənistanın keçmiş Prezidenti Robert  Köçəryanın rəhbərlik etdiyi "Ermənistan” parlament fraksiyasının üzvləri olduğunu görmək mümkündür”, - deyə bildirən politoloq sözügedən hadisəni görüşlərin keçirilməsinə qarşı yönələn pozucu addım kimi qiymətləndirib:

"Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya Paşinyanla nəzərdə tutulan məsələlərin həllində gözlədiyi nəticəni ala bilmədi. Paşinyan Soçiyə məcburiyyət qarşısında qalaraq getmişdi və ondan ciddi addımlar gözləmək sadəlövlük olardı. O, həlledici məsələləri Brüsseldə müzakirə etmək və razılığa gəlmək üçün saxlayırdı. Bu isə indiki şəraitdə, Rusiya ilə Avropa Birliyi arasında müxtəlif sahələr üzrə qarşıdurmanın ən yüksək həddə olduğu bir vaxtda rəsmi Moskva tərəfindən heç qəbuledilən deyil. Yaranan situasiyanı Ermənistanda Paşinyana müxalif olan qüvvələr -Robert Köçəryan, Serj Sarkisyan və başqaları yerində dəyərləndirərək, həm də Moskvadan alınan siqnallar əsasında fəaliyyətə keçdilər. Onların ilk addımı iki ölkə xarici işlər nazirlərinin Stokholmda keçirilməsi nəzərdə tutulan görüşə qarşı oldu. Onlar bu vəzifənin öhdəsindən "uğurla” gəldilər. "Ermənistan” parlament fraksiyasının deputatlarının qanunsuz olaraq Azərbaycan ərazisinə səfəri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin qarşısını aldı”.

Müsahibimizin sözlərinə görə, bu "müvəffəqiyyət”dən ruhlanan Qarabağ erməni klanı növbəti addımlarını həyata keçirməyə başlayıb:

"Onlar bu dəfə İlham Əliyevlə Nikol Paşinyan arasında dekabrın 15-nə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün qarşısını almaq üçün fəaliyyətə keçiblər. Bunun üçün iki ölkə arasındakı sərhəddə genişmiqyaslı təxribatdan tutmuş, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən Azərbaycan əsgərlərinə qarşı hücuma qədər müxtəlif hərəkətlər müzakirə olunur. Maraqlısı budur ki, Rusiya tərəfi Ermənistanda olan öz proksilərinin təxribat xarakterli hücumlarının qarşısını almaq üçün tədbirlər görmür və ya onları yerində oturtmur.

Görünən budur ki, Brüsseldə nəzərdə tutulmuş görüşün baş tutması və bu görüşdə Soçidə əldə olunmuş razılaşmadan artıq hər hansı sənədin imzalanması Rusiyanın maraqlarına cavab vermir. Rusiyada  bunu Avropa ilə qarşıdurmada uduzmaq kimi qiymətləndirirlər. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin Avropa-Rusiya qarşıdurmasında mərkəzi yer tutması heç kimə sirr deyil. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi hələlik məlum olmasa da, Brüssel görüşləri müəyyən proqnozlar verməyə imkan verəcək. Ordumuz, sərhədçilərimiz və müvafiq qurumlar isə ermənilər tərəfindən Brüsseldə keçiriləcək ikitərəfli görüşü pozmağa yönələn  növbəti genişmiqyaslı təxribatın ola biləcəyini nəzərdə tutaraq sayıqlığı daha da artırmalıdır”.

Günay Rəsulqızı
Sera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliklə yüksə...

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü Azərbaycana nə vəd edir? - "Zəngəzur dəhlizi ilə bağlı şərt qoyulacaq"

"Azərbaycanın 44 günlük müharibədə zəfər çalması regionda yeni reallıqlar yaratdı. Göründüyü kimi, Ermənistan da müəyyən dərəcədə bu reallıqları dərk edir, həm ...

Putinlə Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Sfera.az  "RİA Novosti”yə istinadən xəbər v...

Azərbaycan Ordusu Qırmızı Bazarda atəş açmayıb - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçi...

Paşinyanın yeni məqsədləri... - KTMT-nin iclasında hansı qərarlar veriləcək?

"Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanın başçısı Qasım-Comərt Tokayev KTMT üzvlərinə hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafiz...

Prezidentin Medvedevə yazdığı məktub nələrdən xəbər verir? - ŞƏRH

"Bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır”.   Sfera.az bildirir ...