Britney Klintonu prezident görmək istəyir - Foto

Britney Klintonu prezident görmək istəyir - Foto

"Nevada” demokratik qrupuyla seçki kampaniyası üçün Las-Vegasda olan Hillari Klinton Britney Spearslə bir araya gəlib.

"Qafqazinfo” xarici KİV-nə istinadən xəbər verir ki, müğənni #PieceOfMe (mənim bir parçam) adlı konsert proqramı çərçivəsində xanım siyasətçi ilə görüşüb.  

Britney konsertdən sonra Klintonla foto çəkdirib, prezident seçkilərində ona dəstək olduğunu bildirmək üçün sözügedən fotonu #ImWithHer (onunlayam) həştağı ilə instaqram və tvitterdə paylaşıb.

Pop ulduz fotoya "Bir çox gözəl səbəb üçün Las-Vegasda oldum. Bu gün Hillari Klintonla tanış oldum. İnanılmaz bir füsrət idi. Onun səsi bütün qadınları ruhlandırır. Onunla tanış olduğum üçün qürur duyuram”,- şərhini yazıb.

Britney Klintonu prezident görmək istəyir - Foto


OXŞAR XƏBƏRLƏR