British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır

British American Tobacco Azərbaycanda yeni nəsil məhsulunu satışa buraxır
British American Tobacco (BAT) Azərbaycandakı distribütoru «SADAF TRADE» QSC  ilə birgə glo™ –tütün qızdırıcı sistemlərin satışına başlayır və beləliklə Azərbaycan dünyada bu məhsulun satışda olacağı 16-cı ölkə olacaq. glo™ cihazı, yandırmaq üçün yox, qızdırılma üçün olan tütün tərkibli Kent Neostiks ilə birlikdə istifadə olunur. Siqaret çəkilməsi ilə bağlı risklərin çoxusunun məhz tütünün yandırılmasından yaranması geniş yayılmış məlumatdır. Tütünün yandırılması olmadığına görə glo™-da yaranan aerozol özündə siqaret tüstüsü ilə müqayisədə 90-95% daha az zəhərli maddələr ehtiva edir1. Bundan əlavə, siqaret çəkməklə müqaisədə glo™kül yaratmır və daha az qoxu yaradır2.

 

Sfera.az xəbər verir ki, məhsul Böyük Britaniyada bütün dünyadan olan 100-dən çox mütəxəssisin – alimlər, mühəndislər, dizaynerlər, tütün ekspertləri və toksikoloqların iştirakı ilə hazırlanmışdır. glo™-nun əsas üstünlüyü və xüsusiyyəti – istifadə sadəliyi və rahatlığıdır: bir cihaz, bir düymə və 30 istifadə sessiyasına imkan verən akkumulyator. Bu sadəlik siqaret çəkənləri bu innovativ cihazın çalışmasının anlamasını rahatlıq yaratmaq üçündür ki onlar siqaret çəkməkdən potensial olaraq daha az riskli məhsula keçidi nəzərə alsınlar.

 

glo™ və KentNeostiks™ Bakıda marketlərdə, ticarət mərkəzlərində, eləcə də Bakı şəhərinin böyük supermarket şəbəkələrində satışda olacaqdır. KentNeostiks™ 3 müxtəlif dad çeşidində təqdim olunub: "Rich Tobacco”, "Bright Tobacco” və "Dark Fresh”. Həmçinin istehlakçının glo.az internet səhifəsi vasitəsilə və ya *0880 telefon nömrəsinə zəng edərək özünə rahat olan ünvanda (Bakı şəhəri hüdudlarında) glo™ mütəxəssisi tərəfindən təqdimat keçirilməsini sifariş etmək imkanı olacaqdır.

 

British American Tobacco şirkətinin Qafqaz və Moldova üzrə baş direktoru Felisio Ferraz bildirmişdir ki, ”Biz BAT-da istehlakçılara onların tələbatlarına uyğun bir sıra tütün məhsulları təklif edərək, onların  seçimlərini təmin etməyə çalışırıq.Bu gün məhsulun satışa çıxarılması BAT-nin potensial olaraq siqaret çəkməyin risklərini azaldan3 texnoloqiyasına davamlı sərmayə yatırımlarının bir hissəsidir. Buna görə biz Azərbaycanca siqaret çəkənlərə glo™-nu təqdim etmək imkanınından məmnunuq. Biz www.glo.az vebsaytında və Bakıdakı satış nöqtələrindəbu yeni məhsul barəsində məlumat paylaşılması üçün böyük iş görmüşük çünki istehlakçıların bilgiləndirilməsi bu məhsulların potensial olaraq siqaret çəkməyin risklərini azaldılması ambisiyasının həyatakeçirilməsində ən vacib rol oynayır”.

Son illərdə "BAT” siqaret çəkməyə potensial olaraq daha az riskli alternativlərin tədqiqatı və hazırlanmasına böyük sərmayələr yatırıb. Bütün dünyada alimlər, mühəndis və tütün ekspertləri tədqiqat mərkəzlərində çalışaraq yetkinlik yaşına çatmış tütün və nikotin istehlakçıları üçün innovativ məhsulların geniş çeşidlərinin yaradılması üzərində işləyir. 

 


"British American Tobacco” şirkətlər qrupunun Baş elmi mütəxəssisiMarianna Qaça bildirmişdir ki, "Konseptual baxımdan glo™potensial olaraq daha az riskli məhsul kimi işlənib hazırlanmışdır, onun istifadəsi zamanı tütün yanmır, qızdırılır. Nəticədə ayrılan toksinlərin miqdarı əhəmiyyətli dərəcədə azalır, istehlakçı yenə dəistifadədən istədiyi dadı və həzzi alır. Bu vacibdir, çünki bir çox siqaret çəkənlər nikotin istifadəsini və onunla bağlı ritualı atmaq istəməsə belə, siqaret çəkməyin risklərindən narahatdırlar.

 

1Burada və daha sonra 3R4F (təxminən 9 mq qatran) formatlı standart siqaretdə yanan tütün tüstüsünün glo™ cihazında qızdırılmış tütünün aerozolu ilə müqayisəsi nəzərdə tutulur. Müqayisə Ümumdünya Səhiyyə Təşkilatının istehlakını azaltmağı tövsiyə etdiyi 9 növ zərərli maddə üzrə aparılır. Bu mütləq qaydada o demək deyil ki, bu məhsul digər tütün məhsulları ilə müqayisədə daha az ziyanlıdır.

2Bu mütləq qaydada o demək deyil ki, bu məhsulun sağlamlığa təsiri digər tütün məhsullarından daha azdır.

3Burada və daha sonra ənənəvi siqaret çəkmə ilə müqayisədə potensial olaraq daha az təhlükə nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...

"Fransa bölgəni münaqişə zonasına çevirmək üçün Ermənistanı sürətlə silahlandırır" - Deputat

“Fransa Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini məsləhətləşmələr üçün geri çağırıb və yayılan məlumata əsasən, diplomat Pr...

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...