Britaniyada parlament seçkilərinin son nəticələri açıqlanıb

Britaniyada  parlament seçkilərinin son nəticələri açıqlanıb
 

Böyük Britaniyada keçirilən növbədənkənar parlament seçkilərinin son nəticələri açıqlanıb.

Sfera.az bildirir ki, Baş Nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə yerini bir az da gücləndirib. 

Son seçkilərdə onlar parlamentdə 364 yer qazanıb ki, bu da ötən seçki ilə müqayisədə 47 yer çoxdur.

Ölkənin əsas müxalifəti olan Leyboristlər Partiyası isə parlamentdə 203 yer qazana bilib. Partiyanın sədri Ceremi Korbin növbəti seçkilərdə partiyaya rəhbərlik etməyəcəyini açıqlayıb. Leyboristlər ötən seçki ilə müqayisədə 59 yer itiriblər.

Şotlandiya Milli Partiyası 48, Liberal Demokrat Partiyası isə 11 yerlə parlamentə daxil olmağı bacarıblar.

Yaşıllar Partiyasını isə parlamentdə yalnız bir nəfər təmsil edəcək.

Yekun nəticələrə əsasən, Demokratik Birlik Partiyası 8, Şinn Feyn (Şimali İrlandiya) 7, Pleyd Kamri 4, Sosial Demokrat İşçi Partiyası 2, Şimali İrlandiya İttifaq Partiyası isə 1 yerlə parlamentdə təmsil olunacaqlar. (APA)



OXŞAR XƏBƏRLƏR