“Britaniya ştammı” daha ölümcüldür - Alimlərdən xəbərdarlıq

“Britaniya ştammı” daha ölümcüldür - Alimlərdən xəbərdarlıq
Yeni və İnkişaf etməkdə olan respirator virusları üzrə məsləhət qrupunun (NERVTAG) elm adamları Britaniyada aşkar olunan koronavirus ştammının ilkin formadan daha təhlükəli olduğunu etiraf ediblər.

Sfera.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Mütəxəssislər COVID-19-a yoluxma halları ilə bağlı Londonun aparıcı tibb müəssisələrindən alınan məlumatları araşdırıblar və virusun yeni variantının daha ölümcül olduğunu aşkar ediblər.

Onlar düşünürlər ki, virusun yeni variantı yüzdə 30-70 faiz daha ölümcüldür.

Eyni zamanda, tədqiqatçılar vurğulayıblar ki, bütün statistik məlumatlar belə bir tendensiyanı ortaya qoysa da, yeni ştammın ölüm səbəblərini və daha dəqiq göstəricilərini müəyyənləşdirmək üçün ətraflı təhlilə ehtiyac var.

Alimlər ölüm riskinin artmasını koronavirusun Britaniya variantına yoluxduqda artan virus yükü ilə əlaqəli olduğunu güman edirlər. Onların fikrincə, bu, xəstəliyin daha ağır gedişinə səbəb olur.


OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...