Britaniya jurnalisti PKK-nın Qarabağa girməsini Avropada İFŞA ETDİ

Britaniya jurnalisti PKK-nın Qarabağa girməsini Avropada İFŞA ETDİ

Britaniyalı jurnalist James Wilson "PKK-nın Ermənistan-Azərbaycan Münaqişəsinə qarışması Avropanın  təhlükəsizliyini poza bilər” - başlıqlı məqalə yazıb. Məqalə Avropada 2 nüfuzlu media orqanında çap edilib.

Musavat.com həmin məqaləni olduğu kimi diqqətinizə çatdırır:

Ermənistanın gələcək döyüşlərə hazırlaşmaq və erməni hərbiçilərini yetişdirmək üçün Suriyada və İraqda olan Kürdüstan İşçi Partiyası (PKK) terrorçularını işğal altında olan Dağlıq Qarabağ ərazilərinə köçürməsi məsələsi yalnız Azərbaycanın deyil, həm də Avropanın  yuxusuz qalmasına səbəb olacaq bir xəbərdir.

Bu addım ABŞ və Avropa Birliyi də daxil olmaqla, bütün Qərb ölkələrinin terror təşkilatı kimi tanıdığı PKK silahlılarının Dağlıq Qarabağa yerləşdirilməsi, eyni zamanda qanunsuz olaraq Livan, Suriya və İraqdan erməni mənşəli qaçqınları gətirərək Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik göstəricilərin dəyişdirilməsi deməkdir.

2009-cu il Suriya müharibəsindən və bu ilin 4 avqust tarixində Beyrutda baş verən  partlayışdan  sonra Ermənistan Dağlıq Qarabağın demoqrafik vəziyyətini dəyişdirmək üçün  süni köçürmə siyasətinə start verərək  30 illik erməni işğalını daha da möhkəmləndirməyə çalışır. Bu siyasət isə beynəlxalq hüququn, Cenevrə Konvensiyasının və müxtəlif beynəlxalq müqavilələrin pozulması deməkdir. Peşəkar muzdlu döyüşçülərin və terrorçuların Dağlıq Qarabağa köçürülməsi, beynəlxalq hüquq normalarına görə bölgədəki sülhü və sabitliyi təhlükə altına alan  hərbi cinayət kimi qiymətləndirilməlidir.

Qahirə 24 Xəbər Agentliyinin və digər etibarlı mənbələrin verdiyi məlumata görə, Ermənistan artıq o qədər irəli gedib ki,  Lahur Şeyx Cangi Talabani və Bafel Talabaninin rəhbərlik etdiyi Kürd quruluşunun ən döyüşkən qanadı olan Kürdüstanın Vətənpərvərlər Birliyi ilə Ermənistanın ən üst səviyyəli karyera diplomatları səviyyəsində görüşür, terrorçular üçün köçürmə planınını müzakirə edir. Bu hadisə Kürdüstan Muxtar Regionunun lideri Neçirvan Bərzani ilə Kürd silahlılarının Dağlıq Qarabağa göndərilməsi üçün bir dəhliz yaratmaq planı barədə razılığa gəlmək üçün ilk uğursuz cəhdlərindən sonra baş verib. Xəbərlərdə bildirilir ki, Ermənistanın səyləri, yüzlərlə silahlı terrorçunun PKK-nın İraqdakı qalası hesab edilən Süleymaniyyədən İran üzərindən Dağlıq Qarabağa köçürülməsinə səbəb olub.

İraqın Ərbil şəhərinin cənubundakı Maxmur bazasında yaradılan üçüncü bir PKK / YPG silahlı qrupu əvvəlcə Hizbullahın İraq qanadının Bağdaddakı qərargahında yerləşib. Daha sonra İran üzərindən Dağlıq Qarabağa köçürülərkən, çoxlarının PKK-nın Suriya qanadı olduğu düşündüyü ayrı bir YPG silahlı qrupu, Suriya-İraq sərhədindəki Qamışlı bölgəsindən Dağlıq Qarabağa göndərilib. Kəşfiyyat məlumatlarına görə, İslam İnqilabı Keşikçiləri terrorçuların Dağlıq Qarabağa göndərilməzdən əvvəl İran torpaqlarında onlara təlim keçmək üçün xüsusi düşərgələr qurur. Həmin düşərgələrdən onların PKK-nın son illərdə daha çox basqın edilən Kandil bazasının təlim düşərgələrinə də çıxışı var.

Ermənistan ilk dəfə deyil ki, öz maraqları naminə Dağlıq Qarabağda terrorçu və muzdlulardan pul qarşılığında istifadə edir.  Bu, 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı da belə idi. Hələ Sovet dövründə də, kürdlər Rusiya və Ermənistan tərəfindən istifadə olunurdu. Buna əyani misal olaraq 1923-1929-cu illərdə Azərbaycan, Ermənistan və İranda yaşayan kürdlərin bu bölgəyə köçürülməsini asanlaşdırmaq üçün Dağlıq Qarabağdakı "Qırmızı Kürdüstan” muxtar bölgəsinin yaradılmasını göstərə bilərik.

Bununla yanaşı, hazırki Ermənistan rəhbərliyi Azərbaycana qarşı getdikcə artan düşmənçiliyini nümayiş etdirir. Daxildə səhiyyə və iqtisadi böhranı ört basdır etmək üçün danışıqlar prosesini qəsdən pozur. Hazırkı Ermənistan rəhbərliyi nəinki ATƏT-in prinsipial şəkildə razılaşdırılmış sazişinə riayət etməkdən imtina edir, hətta sülh danışıqlarının sıfırdan başlamasını istəyir. Ermənilər övladlarını ön cəbhəyə göndərməkdən getdikcə daha çox imtina etdikləri üçün, Ermənistan rəhbərliyi terror qruplaşmasının döyüşçülərindən istifadə etməklə şəxsi itkilərini minimuma endirmək taktikasından istifadə edir. Baş nazir Nikol Paşinyan, Burkino Faso kimi dünyanın digər münaqişə bölgələrində ilham aldığı nümunələr ilə ölkədə hərbi rejim elan edib. Onun rəhbərliyi altında, iyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində yerləşən Azərbaycanın Tovuz rayonuna hücum təşkil olunub. Ağır artilleriyadan istifadə etməklə, Qafqaz regionunda son bir neçə ilin ən ağır hərbi əməliyyatı həyata keçirilib . Hücumlar 12 azərbaycanlının , o cümlədən 75 yaşlı bir mülki şəxsin ölümü, 4 nəfərin yaralanması və Azərbaycanın sərhəd kəndlərinə və təsərrüfatlarına ciddi ziyan dəyməsi ilə nəticələnib. Ermənistanın sentyabrın 21-də atəşkəsi yenidən pozması nəticəsində isə  Tovuz bölgəsində Azərbaycanın bir əsgəri şəhid olub.

Artıq 30 ildir ki BMT-nin Azərbaycan ərazisi olaraq tanıdığı Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə Ermənistanın işğalı altındadır. BMT- nin Ermənistanın silahlı qüvvələrinin bu torpaqlardan dərhal geri çəkilməsini tələb edən dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq Ermənistanın adı çəkilən torpaqlarda işğal siyasəti davam etməkdədir. Bu işğal siyasəti davam edərsə Yaxın Şərqdəki hərbiləşdirilmiş muzdluların iştirakı ilə münaqişənin beynəlmiləlləşməsinə gətirib çıxara və regional güc mərkəzlərini qarşı-qarşıya qoya bilər. Ermənistanın bu cür təhlükəli hərəkətləri Avropa üçün strateji əhəmiyyətə malik olan bölgənin sabitliyini riskə atır. Çünki Ermənistan tərəfindən son aparılan hərbi əməliyyatlar  olan ərazi vasitəsi ilə Azərbaycan Gürcüstan, Türkiyə və Avropaya enerji və nəqliyyat əlaqələrini  təmin edir.

Bir sözlə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu kimi böyük infrastruktur layihələrinin keçdiyi bu ərazidə Ermənistan tərəfindən başladılan  hərbi əməliyyatlar  Avropanın enerji və nəqliyyat təhlükəsizliyini böyük riskə məruz qoyur.

James Wilson

Məqalənin əsli aşağıdakı linklərdə:

//www.eupoliticalreport.eu/pkks-involvement-in-the-armenia-azerbaijan-conflict-would-jeopardise-european-security/


//www.eureporter.co/frontpage/2020/09/23/pkks-involvement-in-the-armenia-azerbaijan-conflict-would-jeopardize-european-security/


OXŞAR XƏBƏRLƏR

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...

53 abituriyent buraxılış imtahanından maksimum bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, 10 mart 2024-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.  ...