Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO

Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

Sfera.az xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub.

Zaurla Mehriban illər əvvəl ailə qurub. Amma onların nikahı uzun çəkməyib. Cütlük bir müddət sonra ayrılıb.

Z.Mahmudov 2006-cı ildə ikinci dəfə evlənib. Onun bu nikahı isə 7 il çəkib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub. Hakim Siyavuş Hacıyevin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. L.Dadaşova lent.az-a açıqlamasında M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib.
 
 


OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...