Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO

Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.

Sfera.az xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub.

Zaurla Mehriban illər əvvəl ailə qurub. Amma onların nikahı uzun çəkməyib. Cütlük bir müddət sonra ayrılıb.

Z.Mahmudov 2006-cı ildə ikinci dəfə evlənib. Onun bu nikahı isə 7 il çəkib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunub. Hakim Siyavuş Hacıyevin hökmü ilə Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Zaur Mahmudov Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. Lalə Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib. L.Dadaşova lent.az-a açıqlamasında M.Xanlarova ilə münasibətlərinin yaxşı olduğunu, onu oğluna alarkən özünün elçi getdiyini deyib.
 
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dadaşovanın həbs olunan bacısı oğlu Əməkdar artistin həyat yoldaşı olub - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib. Sfera.az xəbər verir ki, Zaur Mahmudov həm də Əməkdar art...

Nura TƏBİB-in qərarlarına "od püskürdü": "Camaatı cərimələmək üçün tələ..."

Müğənni Nura Suri Facebook profilində karantin rejiminin qaydalarına irad bildirib. Sfera.az xəbər verir ki, o, statusda bunları yazıb: "Toylar açılır, la...

"Hər il kino sahəsinə ayrılan milyonlarla nazirliyin borcu silinir" - Xalq artistindən ETİRAZ

"Dünyada ən böyük gəlir gətirən sahələrdən biri kinodur. Gərək ona şərait yaradasan ki, qazanc götürəsən”.   Bunu Sfera.az-a açıqlamasında Xalq artisti, ...

“Avroviziya-2021” mahnı müsabiqəsində səsvermə başladı - CANLI

Niderland Krallığının Rotterdam şəhərində Avroviziya-2021 mahnı müsabiqəsinin final mərhələsi başlayıb. Sfera.az xəbər verir ki, finalda Azərbaycan, Norve...

Rəmiş VƏFAT ETDİ

Xalq artisi, gitaraçı Rəmiş (Rafiq Hüseynov) vəfat edib.   Sfera.az bildirir ki, bu barədə Unikal.org-a Xalq artistinin həyat yoldaşı Güllü Hüse...

"Düşdüm küçələrə, pis təkliflər edirdilər” - ARB-nin tanınmış aparıcısı

ARB TV-nin "Onun Sirri" proqramının növbəti buraxılışında qonaq qismində verilişin aparıcısı Lətafət Ələkbərova olub. Sfera.az xəbər verir ki, m...