Brilliant Dadaşova koronavirusa yoluxdu: \"Vaksin olunmuşduq...\"

Brilliant Dadaşova koronavirusa yoluxdu: \
Xalq artisti Brilliant Dadaşova koronavirusa yoluxub.
 
Sfera.az bildirir ki, bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat verib. O, özü ilə yanaşı, ailə üzvlərinin də COVİD-19-a yoluxduğunu deyib.

"Hamımız özümüzü bildiyimiz kimi qorumalıyıq. Yaxşı ki, vaksin olunmuşduq, ona görə xəstəliyi yüngül keçirdik. 25 gündür korona tutmuşam. Şükür yaxşıyam. Nə xəstəxanaya getdim, nə həkim deyən dərmanları vurdum. Ən əsası əgər virusa yoluxdunuzsa, təşvişə düşməyin. Sadəcə 14 gün dözmək lazımdır”.

Müğənni izləyicilərinə tövsiyələr də verib və koronavirusun qripdən fərqlənmədiyini deyib:

"Hərarət çox olur.  Vitamin qəbul edin, zoğal yeyin. Zoğalın tərkibində elə vitaminlər var ki, heç bir antibiotikin tərkibində yoxdur. Qoymayın damarınıza antibiotiklər vursunlar. Xəstəliyin pis cəhətlərindən biri də insanı depressiyaya salmasıdır. Heç nə istəmirsən, bir nöqtəyə baxırsan. Həmişə bu halda olan adamlara baxıb təəccüblənirdim. Burda isə depressiyaya düşməmək mümkün deyil”.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR