Brilliant Dadaşova: Kömək edin, bağ evimi satım

Brilliant Dadaşova: Kömək edin, bağ evimi satım

Satışa çıxardığım bağ evim hələ də satılmayıb.

Sfera.az xəbər verir ki, bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbətində Xalq artisti Brilliant Dadaşova söyləyib.

Sənətçi satışa çıxardığı bağ evinin ucuz olduğunu dilə gətirdi:

 

"Kömək edin, Buzovnadakı bağ evimi satım. "Maklerlər” evi satışa çıxardığımı bilirlər. Amma mənim bağ evim o qədər də bahalı və cah-cəllalı deyil. Yaxşı olardı ki, tezliklə satılardı, amma hələ də gözləyirəm”.

"Sizinlə eyni zamanda sənətə gələn bir çox incəsənət nümayəndələrinin evləri, avtomobilləri var. Amma sizin bir bağ eviniz var, onu da satırsınız” sualına B.Dadaşova sərt reaksiya verib, giley-güzar etdi:

"Mən ömür boyu qazancımı geyimimə, mahnılara, aranjimanlara, kliplərə xərcləmişəm. Özünüz də gördünüz ki, türk bəstəkarları pulumu alıb iş görmək istəmədilər. Metin Özülküyə 19 min dollar, Fettah Cana isə 18 min dollar pul verdim. Bunları nəyə görə etdim? Təbii ki, incəsənət xətrinə yeni mahnılar olmalıdır. Ömür boyu qazancımı ailəmə və sənətimə xərcləmişəm. Ailə deyəndə, üç nəfəri nəzərdə tutmuram. İçində 30 dan çox qohum-əqrəba var”.

Xalq artisti Brilliant Dadaşovanın türk bəstəkarlarından 37 min dollara aldığı mahnıların aqibətinin bundan sonra necə olacağına, bu cür münasibət bildirdi:

"O, bəstəkarlardan mahnıları alıb, Azərbaycan dinləyicisinə qulaq asdırmaq istəyirdim. Onlar da bu cür münasibət göstərdilər. Mahnılar hələ də qalıb. Kamal Aslan isə söz verib ki, bəstələri ondan alıb, mənə təhvil verəcək. Onlar elə bilirdilər ki, mahnılara görə qapılarında oturub gözləyəcəm.

İki-üç dəfə hər iki bəstəkara səslənsəm də, özüm deyib, özüm də eşitdim. Ona görə mən də vaz keçdim. Mənim qürurum hər şeydən önəmlidir. Dedim ki, onlarla Allah danışsın, daha bundan sonra danışan deyiləm. Pul söhbətinə gələndə, biz öz vətənimizdə belə mahnıları bəstəkarlardan pulla alırıq. Təmənnasız təqdim etdiyimiz mahnılara bir ətək pul xərcləyirik”.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...