“Brexit” nefti ucuzlaşdırmaqda davam edir

“Brexit” nefti ucuzlaşdırmaqda davam edir

 

Bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti bir barelə görə 0,08 dollar azalaraq 48,33 dollar olub.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 0,23 dollar azalaraq 47,41 dollar təşkil edib.

Qeyd edək ki, neftin ucuzlaşmasına təsir edən əsas amil Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır ("Brexit”).

 


OXŞAR XƏBƏRLƏR