"​Brent" markalı neftin qiyməti bu ilin ən yüksək həddinə çatdı - YENİLƏNİB

17:47

Mayın 16-da Bakı vaxtı ilə saat 16:08-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 49,03 dollar olub.

Bu barədə azvision.az Bloomberg-ə istinadən xəbər verir.

Qeyd edək ki, London birjasında neftin bir barelinin qiyməti 2015-ci ilin noyabrından bəri ilk dəfə 49 dolları keçib. 

---------

13:54

Bu gün dünya bazarında "Brent" markalı neftin qiyməti 48,66 dollar/barelə qədər artaraq 2016-cı ilin ən yüksək həddinə çatıb.

Sfera.az report-a istinadən bildirir ki, "Brent"in qiymətinin artmasına səbəb "Baker Hughes" şirkətinin 6-13 may həftəsi ərzində ABŞ-da daha 10 neft qazma qurğusunun fəaliyyətini dayandırması haqqında xəbəri olub. Bununla da ABŞ-da aktiv neft quyularının sayı 3% azalaraq 318-ə enib.

Neft qiymətlərinin artmasına səbəb olan digər önəmli amil isə "Goldman Sachs" bankının hesabatı olub. Belə ki, Bank neftin çatdırılmasında problemlərin yaranması səbəbindən bazarın kəsirlə üzləşdiyini bildirib. Neftin çatdırılması ilə bağlı çətinliklər Nigeriya, Venesuela, ABŞ və Çində baş verib. Hesabatda qeyd olunub ki, neft bazarı gözlənildiyindən daha erkən bolluq mərhələsindən kəsir dövrünə keçib. Böyük ehtimalla, kəsir may ayında hasilatın azalması, eyni zamanda tələbin kəskin artması fonunda yaranıb.
"Report"un analitik qrupu "Brent" markalı neftin qiymətinin 53-55 dollar/barel səviyyəsinə qədər yüksəldikdən sonra qlobal iqtisadi tələbin yavaşlaması fonunda yenidən azalmağa başlayacağını proqnozlaşdırır. Neftin qiymətinə qısa müddət ərzində təsir edəcək əsas amil iyunun 13-14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi ilə bağlı müsbət qərarı ola bilər. Qeyd edək ki, hazırda analitiklərin 1/3-i FES-in faizləri artıracağına inanır.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...