\"Brent\" markalı neftin qiyməti 71 dolları ötdw
09:59 / 08.03.2021
915
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 06:25 (GMT+4) üçün 2,85 faiz bahalaşaraq 71,34 dollar/barel təşkil edib.
Sfera.az-ın məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti ötən ilin yanvarında 71 dollardan yüksək olub.
"WTI" markalı neftin may fyuçerslərinin qiyməti isə eyni vaxta görə 2,81 faiz artaraq 67,95 dollar/barel təşkil edib.