Brent markalı neftin qiyməti 43 dollara düşdü

Brent markalı neftin qiyməti 43 dollara düşdü

 

ABŞ-ın həftəlik xam neft ehtiyatlarının proqnozlardan yüksək olması qlobal bazarlarda neftin qiymətini aşağı salır.

Dünya bazarlarında neftin qiyməti enir.

Bu barədə Oxu.Az "Bloomberg”ə istinadən xəbər verir. 

Bakı vaxtı ilə saat 09:00 olan məlumata əsasən, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,32% azalaraq bir barelə görə 43,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36% ucuzlaşaraq 41,56 dollar təşkil edib.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, keçən həftə ölkədə ticari xam neft ehtiyatlarının həcmi bir öncəki həftəyə görə, 1,05 milyon barel və ya 0,2% artıb.  Bazar gözləntisi isə 1,02 milyon barel idi. Bir öncəki həftə isə xam neft ehtiyatlarının həcmi 1,41 milyon barel yüksəlmişdi.

Qeyd edək ki, dünən səhər saatlarında Brent və WTI neftinin qiyməti müvafiq olaraq 44,99 və 42,72 dollar təşkil edib. 

 


OXŞAR XƏBƏRLƏR