Bred Pitt indi də özündən 22 yaş kiçik müğənni ilə sevgilidir - FOTO

Bred Pitt indi də özündən 22 yaş kiçik müğənni ilə sevgilidir - FOTO
Hollivud ulduzu Bred Pitt daha bir sevgi iddiası ilə gündəmə gəlib.
 
Sfera.az bildirir ki, Andra Dey adlı aktrisa ilə eşq münasibətlərindən sonra Pittin indi də özündən 22 yaş balaca müğənni ilə flört etdiyi bildirilib. Belə ki, aktyorun son zamanlar bir uşaq anası olan isveçrəli ifaçı Likki Li ilə tez-tez görüşdüyü irəli sürülüb.

Məlumata görə, cütlük mart ayında Brüssel şəhərində tanış olub.

Qeyd edək ki, bundan əvvəl 57 yaşlı aktyor Andra Dey adlı aktrisa ilə görüşürdü. Onlar Oskar gecəsində tanış olmuşdu. Belə ki, Bredlə Andra həmin gecə bir-birilərinə nömrələrini verərək gizli görüşməyə başlamışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR