Metyu Brayza: Onlara görə artıq hər şeyə qərar verilib

Metyu Brayza: Onlara görə artıq hər şeyə qərar verilib
Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil.

Sfera.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza konqresmen Adam Şiffin "Artsax respublikası”nın müstəqilliyi ilə bağlı açıqlamasını şərh edərkən Media.az-a müsahibəsində bildirib.

"Adam Şiffin nüfuzlu konqresmen olduğunu da etiraf etməliyik. A.Şiff ilə eyni fikirdə olan digər konqresmenlər də var. Onun qondarma "Artsax Respublikası”dan bəhs etməsinin heç bir əhəmiyyəti yoxdur. ABŞ hökuməti mövcud olmayan bu qurumu heç vaxt tanımayacaq. A.Şiff ABŞ-dakı erməni icmasından ciddi dəstək aldığına görə anti-türk mövqeyi tutur.

O, ATƏT-in Minsk Qrupunun işini bərpa etməsini istəyir. Bu Amerika diplomatiyasının ənənəvi yanaşmasıdır. Sülh prosesini möhkəmləndirə biləcək danışıqlara etiraz etdiyinizi açıq şəkildə demək olmaz. Digər tərəfdən aydındır ki, kimsə Minsk formatında danışıqları bərpa etmək istəyirsə, bu danışıqların predmetini, nələrin müzakirə edilməli olduğunu bilməlidir.

Cənab Şiffin, ABŞ-ın erməni icmasının, Ermənistan və Fransa hökumətlərinin nəzərincə, bu, Dağlıq Qarabağın hüquqi statusudur.

Ancaq Bakı və Moskvaya görə, artıq hər şeyə qərar verilib, status yoxdur və bu, 10 noyabr sənədində öz əksini tapıb. Daha doğrusu, bir status var: Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir", - M.Brayza qeyd edib.

OXŞAR XƏBƏRLƏR