BP neft şirkətində yeni təyinat

BP neft şirkətində yeni təyinat
BP şirkətinin Britaniya bölməsinin rəhbəri və Avropa regionu üzrə baş vitse-prezident Piter Mazer (Peter Mather) cari ilin sonunda şirkətdən ayrılacaq.

Sfera.az xəbər verir ki, onun yerinə may ayında 20 ildir Enerji İnstitutuna rəhbərlik edən xanım Luiza Kinqham gətiriləcək.

2010-cu ildən adıçəkilən vəzifələrdə çalışan P.Mazer son vaxtlar BP-nin Birləşmiş Krallıqda və Avropa qitəsi boyu region və şəhər, habelə çözümlərlə bağlı yeni quruluşunu tərtib edib. O, şirkətdən ayrıldıqdan sonra isə BP Avropa Müşahidə Şürasının qeyri-icraçı sədri vəzifəsində çalışacaq.

"Bu mühüm vəzifədə Piterin bu qədər səriştəli sələfinın çıxmasında xeyli bəxtimiz gətirdi. Luizanın ictimai siyasətdə, problemlər idarəçiliyində, maraqlı tərəflərlə çalışmaq sahələrindəki təcrübəsi BP-nin yenidən qurulması gündəmi üçün mükəmməl simaya çevirir”, - deyə BP-nin regionlar, şəhərlər, həllər üzrə icraçı vitse-prezidenti Uilyam Lin qeyd edib.

2003-cü ildə əvvəlki Neft İnstitutu bazasında yaradılmış və qərargahı Londonda yerləşən Enerji İnstitutu (Eİ) enerji sektorunun müxtəlif sahələrində çalışan 20 min eksperti və 200 şirkəti birləşdirir. (Report)

OXŞAR XƏBƏRLƏR