BP Azərbaycandan çıxardığı neftin həcmini açıqladı

BP Azərbaycandan çıxardığı neftin həcmini açıqladı

 

2016-cı ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 137 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə Oxu.Az "BP-Azerbaijan” şirkətinin açıqladığı "Biznes əməliyyatları” hesabatına istinadən xəbər verir. 

"İlin birinci rübündə AÇG-dən hasilat stabil, təhlükəsiz və etibarlı şəkildə davam edib. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (155 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (69 000), Dərinsulu Günəşli (139 000) və Qərbi Çıraq (126 000) platformalarından birlikdə – gündə orta hesabla 651 000 barel və ya ümumilikdə 59 milyon bareldən artıq, yəni 8 milyon ton təşkil edib. 

Rübün sonunda AÇG-də ümumilikdə 95 neft hasilat quyusu, 41 qaz və su injektor quyusu istismarda idi. 

Anoloji dövrdə AÇG-də 5 neft hasilat quyusu və 2 suvurma quyusu qazılıb”, – deyə şirkətdən qeyd edilib. 

Bundan başqa, şirkət AÇG-dən SOCAR-a verilən səmt qazının həcmini də açıqlayıb:

"2016-cı ilin birinci rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 milyon kubmetr, ümumilkdə isə 692 milyon kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”. 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından "BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%). 


OXŞAR XƏBƏRLƏR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...

Baş nazir Səbuhi Məmmədov vəzifəsindən AZAD EDİLDİ - FOTO

Naxçıvan Muxtar Respublikasının baş naziri vəzifədən azad olunub. Sfera.az xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR baş naziri Səbuhi Məm...

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalandı - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Yelo Bank-ın Baş ofis...

“ATACMS”ların Ukraynaya verilməsi Rusiyanı təhlükə altında qoyur" - Antonov 

“ABŞ-nin “ATACMS” raketlərinin Ukraynaya verilməsinə haqq qazandırmaq olmaz, çünki bu, Krım və Rusiyanın digər regionları üçün təhlükəsizlik t...

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...