\"Böyük dəbilqə\" yekunlaşdı: millimizdən uğursuz nəticə

\
İsrailin paytaxtı Təl-Əvivdə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub.

Sfera.az xəbər verir ki, turnirin üçüncü günündə kişilərin yarışında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Beka Qviniaşviliyə məğlub olub.

Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) də bürünc medal şansını əldən verib. Belə ki, o, üçüncü yer uğrunda qarşılaşmada rusiyalı Niyaz İlyasova uduzub. Hər iki cüdoçumuz beşinci yerlə kifayətlənməli olub.

Beləliklə, turnirə 15 cüdoçu ilə qatılan komandamız yarışı bir qızıl medalla başa vurub. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...