Böyük Britaniyadan İsrail və Fələstinə çağırış - “Təcili olaraq son verin”
20:43 / 12.05.2021
3442
Böyük Britaniyanın Baş Naziri Boris Conson İsrail və Fələstinə çağırış edib.
Sfera.az xəbər verir ki, bu barədə baş nazir tvitter hesabında paylaşım edib.
"İsrail və Fələstinliləri uçurumdan geri çəkilməyə və hər iki tərəfin təmkinli olmasına çağırıram.
Birləşmiş Krallıq artan şiddət və mülki itkilərdən çox narahatdır və gərginliyə təcili olaraq son verilməsini istəyirik”,-deyə o qeyd edib.