Bosniya və Herseqovinanın rəhbəri İlham Əliyevə zəng vurdu

Bosniya və Herseqovinanın rəhbəri  İlham Əliyevə zəng vurdu
Noyabrın 18-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.

Şefik Caferoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayıb. O qeyd edib ki, əxlaq, ədalət və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan bu bəyanatın imzalanması bütün regiona sabitlik gətirəcək və yeni perspektivlər açacaqdır. Şefik Caferoviç Bosniya və Herseqovinanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən mövqeyini və bununla əlaqədar ölkəsinin Parlament Assambleyasının müvafiq qətnamə qəbul etdiyini də dövlət başçısının diqqətinə çatdırıb.

Telefon söhbəti zamanı Prezident İlham Əliyev imzalanmış bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə Şefik Caferoviçə məlumat verib. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin, Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə dəstək məsələsi ilə bağlı prinsipial mövqeyini yüksək qiymətləndirib.

Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.

Eyni zamanda, tərəflər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdiyi zaman ən yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsi barədə razılığa gəliblər.

OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...