Boşanma xəbərlərinə ilk reaksiya: Evlərini ayırdıqlarını etiraf etdi

Boşanma xəbərlərinə ilk reaksiya: Evlərini ayırdıqlarını etiraf etdi
Türkiyəli müğənni Sinan Akçıl ilk dəfə boşanma xəbərlərinə reaksiya verib.
 
Sfera.az bildirir ki, ifaçı evdən ayrıldığını və evliliklərində kriz yaşadıqlarını təsdiqləyib. "Hazırda çətin mərhələdəyik”, deyə bildirən Akçıl sözlərinə bu cür davam edib:

"Bunlar istənilən evlilikdə baş verə biləcək böhranlardır. Hər gün danışırıq, bir-birimizi başa düşməyə çalışırıq. Leventdəki böyük mənzili Burcuya verib özüm ayrı yerə köçdüm. Amma sonda hansı qərarı verəcəyimizi indi bilmirəm. Bu, boşanma da ola bilər, evliliyi davam etdirmək də ola bilər. Burcu sevdiyim və iki dəfə evləndiyim qadındır. Onun məndəki yeri danılmazdır”.

Xatırladaq ki, cütlük arasında yaşanan problemin uşaqla əlaqəli olduğu iddia edilir.  Məşhurlar bundan öncə, 2018-ci ildə Amsterdamda evləndikdən doqquz ay sonra boşanmışdı.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR