"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”.
 
Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan AK Partiyanın bu günkü toplantısında İsveç və Finlandiyanın NATO-ya üzv olması barədə çıxış edərkən deyib. O qeyd edib ki, NATO müttəfiqlərindən heç biri bu həssaslığa hörmət göstərməyib:

"Müttəfiqlərimiz NATO və Aİ-də hər cür ərköyünlük göstərən bəzi ölkələrə hədsiz dözüm nümayiş etdirdikləri halda, həssaslığımızı bölüşmədikləri göz qabağındadır. Bu o demək deyil ki, qarşımıza çıxan hər bir təklifə şübhəsiz "hə” deyəcəyik. PKK/YPG terror təşkilatını dəstəkləmək və bizdən NATO-ya üzvlük üçün dəstək istəmək, ən azı, tutarsızlıqdır. İsveçdən 30 terrorçunu istədik, verməyəcəyik dedilər. Siz terrorçularu verməyəcəksiniz, amma NATO-ya üzv olmağı xahiş edəcəksiniz. NATO-nu təhlükəsizlikdən məhrum etməyə "hə” deyə bilmərik”.

Türkiyə prezidenti yanlış addımın Yunanıstanın NATO-ya üzv olması ilə atıldığını da vurğulayıb:

"Yunanıstan və Fransa NATO-dan çıxmışdılar,  təəssüf ki, sonradan onların daxil olmasına "hə” dedik. Bazar ertəsi gəlmək istəyirlərmiş. Boş yerə yorulmasınlar, ehtiyac yoxdur. Münasibətimiz bəllidir.  Bizim heç kimin torpağında gözümüz yoxdur. Yeganə məqsədimiz ölkədə sabitliyi pozmağa yönəlmiş hərəkətləri kökündən kəsməkdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...