Boş qalan yerlərə qəbulun nəticələri bəlli oldu

Boş qalan yerlərə qəbulun nəticələri bəlli oldu
 

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.

Mərkəzdən verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqəsində iştirak etmək üçün 3097 abituriyent ərizə təqdim edib. Onlardan 1928 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qəbul olunan abituriyentlərin siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 4-dən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Qəbul olunanlar sentyabrın 4-dən 11-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.

OXŞAR XƏBƏRLƏR

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

  Təhsil Nazirliyi "Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı"nın 7 iyul üçün nəzərdə tutulan cədvəlini təqdi...

İmtahanların nəticələri elan olunub

 Dövlət İmtahan Mərkəzi tərəfindən 2-3 iyul tarixlərində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən növbəti buraxılış (qəbul) i...

Nazirlikdən növbəti tədris ili ilə bağlı TAPŞIRIQ

  Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” m...

“Abituriyentlər üçün dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

  Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət” və "ARB Günəş” kanallarında yayımlanan "Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 2-nə olan cədvəli ...

Azərbaycanda koronavirusa görə DAHA BİR QADAĞA - 1 avqustadək LƏĞV EDİLDİ

  Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 202...

Buraxılış imtahanlarının nəticələri açıqlandı

 İyunun 24-25-də keçirilən doqquzuncu sinif buraxılış, doqquz illik təhsil bazasında kolleclərə qəbul, doqquz və 11 illik təhsil səviyyələri üzrə Azərbayca...