“Borussiya” Ceydon Sançonun transferi üçün vaxt qoyub

“Borussiya” Ceydon Sançonun transferi üçün vaxt qoyub

Dortmund "Borussiya”sı futbolçusu Ceydon Sançonun transferi üçün vaxt qoyub.

Sfera.az xəbər verir ki, Almaniya klubu 20 yaşlı yarımmüdafiəçini avqustun 10-dək sata bilər.

Bundan sonra ingiltərəli futbolçu komandada saxlanılacaq. Bu da onunla bağlıdır ki, yeni mövsüm üçün heyətin aparıcı simaları hazırlıq prosesi zamanı bilinməlidir.

Sançonu heyətində görmək istəyən İngiltərə "Mançester Yunayted”i də keçidi tez həll etməlidir. Premyer Liqa klubu bunu avqustun 10-dək etməsə, daha bir il gözləməli olacaq. "Borussiya” isə futbolçu üçün 100 milyon funt sterlinqdən yüksək məbləğ tələb edir.

Qeyd edək ki, Sançonun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.




OXŞAR XƏBƏRLƏR