Bona Dea Beynəlxalq Hospitalının baş həkimi sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib

Bona Dea Beynəlxalq Hospitalının baş həkimi sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib
 

"Xəstəmiz, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı 17 gün reanimasiyada yatıb. Əgər bizim dərdimiz pul idisə, həmin günlərdə elə onu dövlət xəstəxanalarından birinə yönləndirə bilərdik. Bizim bütün tibbi heyət xəstələrimizə canla-başla xidmət göstərir”.

Sfera.az  xəbər verir ki, bunu Bona Dea Beynəlxalq Hospitalında keçirilən mətbuat konfransında Baş həkim Cabir Gülmalıyev deyib.

O, xəstənin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib:

"Biz hətta bəzi nüansları nəzərə alaraq anasının xəstəmizi ziyarətinə hər gün şərait yaratmışıq ki, xəstənin səhhətinin canlı şahidi olsun. Bəziləri iddia edirlər ki, guya xəstəmiz öldükdən sonra günlərlə morqda saxlanılıb və ailəsinə təhvil verilməyib. Bunlar hamısı yalandır və texniki baxımdan da mümkün deyil. Bizim bütün proseslərlə bağlı görüntülərimiz var. Xəstənin morqa aparılması, atasının morqa girişi və digər bütün qeydlər var. Bütün bunlar hamısı yayılan iddiaların əsassız olduğunu göstərir. İyunun 25-də xəstə vəfat etdikdən sonra bəzi prosedurlar var ki, onlar həyata keçirilməlidir. Sosial şəbəkələrdə yayılan videolar və məlumatlar biz cənazəni təhvil verdikdən sonra üzə çıxıb”, - baş həkim bildirib.

C.Gülmalıyev vurğulayıb ki, Bona Dea Beynəlxalq Hospitalına açılış olandan indiyədək 74 250 nəfər müraciət edib:

"5 000 əməliyyat olunub. Bizim xəstəxana peşəkar komandaya malikdir. Digər xəstəxanalarda müalicəsi çətin olunan xəstələr bizim xəstəxanaya göndərilir”.

OXŞAR XƏBƏRLƏR

Etiraf: Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı... - FOTO

  "Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludu...

Şəhidlərimizdən birinin adı məlumdur - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək m...

Bakı polisi nəzarət-profilaktik tədbirləri davam etdirir - FOTOLAR

 Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəal...

Daha bir jurnalist koronavirusdan sağalıb - FOTO

 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusdan sağalıb. Sfera.az xəbər verir ki, bu barədə Aynur Nəsir...

Ziya Məmmədovun tikdirdiyi bina satılır - QİYMƏT

  Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun illər əvvəl Quba şəhərində tikdirdiyi birbloklu çoxmərtəbəli bina satışa çıxarılıb. Sfera.az publika.az-a i...

Partiya sədri: "Ədalət Vəliyev dedi ki, Prezidentin bununla bağlı xüsusi tapşırıqları var”

  Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı parlamentdə təmsil olunan partiya nümayəndələrinin Prezident Administrasiyasının Si...