“Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən

“Bombalar yağır, geri çəkilməyə icazə ver” - Poqosyanın Paşinyana zəngindən
Milli Məclisin deputatı Zahid Oruc genişmiqyaslı hərbi əməliyyatların 3-cü günü, yəni 29 sentyabrda Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı 9-cu polkun 18-ci motoatıcı diviziyasının komandiri Artyom Poqosyanla Nikol Paşinyan arasında gedən telefon danışıqlarına dair sensasion məlumatları açıqlayıb.

Sfera.az  xəbər verir ki, Z.Oruc qeyd edib ki, Azərbaycan ordusunun görünməmiş miqyasda bütün parametrlər üzrə üstünlüyünü anındaca hiss edən diviziya rəhbəri telefonla baş nazirdən xahiş edir ki, əsas zərbə nöqtəsi sayılan cənub cinahında yerdən və göydən üstlərinə yağan mərmilərin, bombaların zərbəsindən qorunmaq üçün icazə versinlər ki, onlar 2-ci müdafiə xəttinə çəkilsinlər: 

"Bununla da uşaqları qorusunlar, sonra hücuma keçmək üçün səfərbər olunarlar.

Küçə aksiyaları ilə səngəri səhv salan və döyüş əmrlərini hərbi qərargahlardan deyil, birbaşa İrəvandakı isti kabinetlərdən idarə edən hökumət başçısı Poqosyana "bir addım da geri atmaq olmaz” əmrini verir. Nəticədə diviziya tamamilə darmadağın edilir, şəxsi heyət büsbütün məhv olur, komandir yaralanır və cəmi 3 nəfər salamat qalır.

Onlar həyatını itirən yüzlərlə hərbçinin qanı üzərindən özünün reklamını quran Araik Arutyunyanın buna görə cavab verəcəklərini, taktiki geriçəkilməyə yol verilmədiyi üçün siyasi rəhbərliyin özünə qurduqları təbliğatı kəskin pisləyirlər, hesab gününün gələcəyini açıq bildirirlər və belə itaətsizliyi görən hakimiyyət orqanları Poqosyanı 5 gün İrəvanda saxladıqdan sonra MTN tərəfindən həbs etdirib. Hazırda komandir istintaq altındadır".

Z. Oruc başqa bir məlumatda erməni informasiya texnoloqlarının bu müharibəyə qatdıqları dramatizm fonunda bütün dünyaya yaydıqları simvol-savaşın erməni siması olan əsgər Albert Ovanisyanın taleyiylə bağlı məlumatları da bölüşüb. Onun sözlərinə görə, 5 oktyabr tarixindən döyüşlərdə öldürülən "əfsanə”, ağır antisanitar şəraitdə xidmət edənlərdən biri kimi səyyar qida və geyim təminatının pis olmasından daim gileylənib, məhv edildikdən sonra isə şəxsən Ermənistanın birinci xanımı sayılan Anna Akopyanın tapşırığı ilə bir neçə gün İrəvan morqunun soyuducusunda saxlanıb ki, hərbi uniformalı ledi öz səhifəsindən kədərli statuslarını paylaşıb özünə xal qazansın:

"Müəlliflər qeyd edir ki, Albert Ovanisyanın ata-anası neçə gün bütün ölkəyə axtarış verib oğlunu axtardığı halda "hakim dəlilər ailəsi” qələbə simvolu-gündən-günə itirilən torpaqların fonunda özlərinə siyasi kampaniya aparırdılar.

Digər bir xəbər, Hindistandan alınan Su-30 təyyarələrinə hər hansı raket alına bilinmədiyi üçün onların yararsız qalmasına dairdir. Maraqlıdır ki, Rusiyadan bunun üçün bütün erməni milyonçuları birləşsələr də, Suriyaya göndərildiyinə görə zavodlar abramyanların, karapetyanların tələblərini yerinə yetirməyiblər. Ona görə onsuz da çox böyük "otkat"la alınmış təyyarələr Paşinyanın çevrəsindəki antimlli və sorosyanlı komandasına milyonlarla qazandırdığı halda indi müharibədə ordunun işinə yaramır.

Vahimə və qorxunc iddialarla müşaiyət olunan informasiyalarda rəsmi İrəvanın günlərdir cəsədləri almaqdan imtinasının erməni cəmiyyətində baş verəcək kütləvi şok və ondan sonra baş qaldıracaq üsyanlarla bağlı olduğu deyilir. Bildirilir ki, rəsmi təsdiqlənən 834 nəfər fiziki itki fonunda ən azı 1550 nəfər cəsəd sərhəddə qəbulunu gözləyir.

Bəli, Ermənistan informasiya məkanına "demokratik senzura”nın tikanlı məftilləri nə qədər sərt çəkilsə də hakimiyyətin xaos və iflasın bir addımlığında olduğu, həqiqətləri gözlədə bilmədiyi göz qabağındadır.

Müharibə Paşinyanı, onun timsalında da erməni dövlətçiliyini süqutla üz-üzə qoyub”.
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...