Bolqarıstanın Baş naziri koronvirusa yoluxdu

Bolqarıstanın Baş naziri koronvirusa yoluxdu
Bolqarıstanın Baş Naziri Boyko Borisov  koronvirusa yoluxub.

Sfera.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Baş Nazir bu barədə ös sosial hesabında paylaşım edib.

"Hazırda ümümi bir halsızlıq hiss edirəm, həkimlər ev şəraitində müalicəmi davam etdirməyimi bildirdilər. Mən əminəm ki, əgər lazımi qaydalara uyğun hərəkət etsək, hamımız bu problemin öhdəsindən gələcəyik”,- deyə Borisov bildirib.

O, Dövlət Tibb Müfəttişliyinə son günlərdə kimlərlə təmasda olubsa, onların siyahısını da verib.

Həmçinin Kənd təsərrüfatı naziri Dekislav Taneva, Baş nazir Borisovla sıx əlaqədə işləmiş Maliyyə naziri Kirill Ananyev, Regional İnkişaf naziri Petya Avramova və mətbuat katibi Sevdalina Arnaudova könüllü olaraq karantinə alınıb.


OXŞAR XƏBƏRLƏR