Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!

Bolkartlılar alış-veriş etdi, Bank of Baku uşaqları sevindirdi!
 
Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank of Baku, Yeni il ərəfəsində
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daha bir uğurlu işə imza atıb.
Kimsəsiz uşaqlara yeni ilin möcüzəsini və sevincini bəxş etmək istəyən bank, bu dəfə bu
şərəfli vəzifəni Bolkart müştəriləri ilə bölüşüb.
Belə ki, Bank of Baku 05 – 25 dekabr 2019-cu il tarixləri arasında Bolkart taksit və ya debet
kartı ilə edilən alış-verişlər zamanı müştərilərin qazandığı BAL-ların (cashback) həcmi qədər
vəsait ayıraraq sosial layihənin icrasına yönəldib.
Qeyd edək ki, kampaniya müddətində müştərilər də öz razılıqları ilə etdikləri alış-verişlərdən
qazandıqları BAL-ları uşaqlara hədiyyə edə bilərdilər. Bunun üçün müştərilərin onlara
kampaniya haqqında Bank tərəfindən göndərilmiş SMS-lərə "OK” cavabını yazmaları kifayət
etdi.
Beləliklə, Bank of Baku minlərlə Bolkart müştərisi ilə əl-ələ verərək uşaqlara yeni il sevinci,
yeni il həyəcanı və ən əsası yeni il ümidi bəxş etdi. Bankın əməkdaşları Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun nəznində fəaliyyət göstərən
"Yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Mərkəzinə” və "Ümid
yeri” uşaq sığınacağına gedərək, 100 nəfərə yaxın xüsusi diqqət və qayğıya ehtiyacı olan
uşağı Yeni il sovqatı ilə sevindirdi. Uşaqlara Yeni il şənliyi təşkil edərək onların kiçik
ürəklərinə gözəl həyəcanlar bəxş edən Bank, eyni zamanda onlar üçün aldığı gündəlik tələbat
məhsulları və yeni il hədiyyələrini təqdim edib.
Daima uşaqlara özəl sosial layihələr həyata keçirən Bank of Baku-nun bu dəfə Bolkart
müştəriləri ilə birgə keçirdiyi layihənin gedişatını əks etdirən video çarxla aşağıdan tanış

OXŞAR XƏBƏRLƏR