Bölgənin \"açar ölkə\"si Azərbaycanla əlaqələri gərginləşdirmək nə ilə nəticələnə bilər? - Qərbə AÇIQ MESAJ

Bölgənin \
Xarici mətbuata açıqlamasında ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ben Hodges bildirib ki, Qərb Qara dəniz bölgəsində əlaqələrin inkişafında açar rolunu oynadığından Azərbaycana  daha ciddi dəstək verməlidir.

Məsələ ilə bağlı Sfera.az-a danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, bu açıqlama ilə general Qərb siyasətçilərinə həmin addıma gedilməsə, sonradan bölgədə möhkəmlənməyin gec olacağını xatırladıb:

"Açıq şəkildə bununla Qərbə mesaj verir ki, Azərbaycan bölgənin açar dövləti olduğundan onunla münasibətləri gərginləşdirmək olmaz. Amma Qərbdə bu mesajları eşidən azdır. Son proseslər fonunda Qərbdəki bəzi dairələrin ermənipərəst mövqedən çıxış etdiyini gördük. Bir çoxları Azərbaycan haqlı olduğu halda, Ermənistana dəstək ifadə  etdi.  Fransa Senatının qəbul etdiyi sənəd bunun sübutudur. Eyni əhval-ruhiyyə ABŞ-da da hakimdir.  Orada da ermənilərə simpatiya var”.

Həmsöhbətimiz qeyd etdi ki, general-leytenant Hodges məhz reallığı anladığından bu fikirləri səsləndirib: 

"Qərbdə reallığı anlayanlar da var. Bir sıra sabiq generallar, sabiq diplomat Metyu Brayza bunlardandır. Vəziyyəti yalnız bölgə haqqında geniş məlumatı olan adamlar dəqiq bilir. Onlar başa düşür ki, Azərbaycana dəstək verilməməsi Qərbin bölgədəki mövqeyinin zəifləməsinə, sarsılmasına gətirib çıxara bilər. Azərbaycan torpaqlarının işğalından məlumatsız olanlar və yalnız ermənilərlə əlaqəsi olanlar ölkəmizə qarşı ədalətsiz mövqedən çıxış edirlər. Bu halda isə onların dövlətlərinin milli maraqları deyil, şəxsi maraqlardan çıxış edirlər”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...