No Image
No Image

Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA
Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir:

"Təhsil Nazirliyi pandemiya şəraitində tədrisin təşkili ilə bağlı hansı imkanlar, resurslar varsa, onları təqdim etməyə çalışır. Bununla bağlı müxtəlif həllər təklif edir. Distant tədrisin təşkili ilə təkmilləşdirmələr getdikcə artır. Düşünürəm ki, bizim bu məsələ ilə bağlı builki nəticələrimiz keçən ilkindən xeyli yaxşıdır".

Qeyd edək ki, pandemiya ilə əlaqədar oktyabrdan fevraladək ölkədə ənənəvi tədrisin təşkili dayandırılmışdı. Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu. Lakin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilməsi ilə bağlı qərar verilib.
 
(trend)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sentyabrın 15-dən ənənəvi tədrisə qayıtmağın şərtləri AÇIQLANDI

"Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvən...

Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA

Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir. Bunu Təhsil Na...

Qapanmalar universitetlərə də aiddir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədr...

Bu həftə məktəblərdə dərslər dayandırılır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlanıb. Sfera.az xəbər verir ki, Qax rayonu 2 nömrəli ümumtəhsil müəssisəsi distant təhsilə keçib. ...

Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirus səsəbindən distant təhsilə keçib. Sfera.az-ın məlumatına görə, sözügedən təhsil olcağı Qax rayonu 2 nömrəli...

Peyvənd olunmayan müəllimlər cəzalandırılacaq? - RƏSMİ AÇIQLAMA

"Təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesi məcburi deyil”. Sfera.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ...