Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?

Bölgədə yeni GƏRGİNLİK: İran-İsrail qarşıdurması Azərbaycan üçün necə nəticələnəcək?
"İran-İsrail qarşıdurmasının inkişafı beynəlxalq aləmə və bölgəyə yeni gərginlik vəd edir”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Tehran bir tərəfdən yenidən böyük dövlətlərlə "nüvə sazişi” imzalamaq istəyir, digər tərəfdən İsraillə növbəti qarşıdurmaya hazırlaşır:

"Bu gedişat Vaşinqtonun Tehranla "nüvə sazişi” imzalamasını ləngidə bilər. Ağ Evin hazırkı sahibi Co Bayden Donald Trampdan fərqli olaraq, nüvə anlaşmasına hazır görünürdü. Ancaq İranın İsrailə məxsus gəmiləri hədəf alarkən Bayden üçün Tehranla razılaşmaya hazır olması çətindir. Bayden daxili müxalifətin təzyiqi ilə üzləşəcək.  

Yeni prezident İbrahim Rəisi seçim qarşısındadır. O ya "nüvə sazişinə” üstünlük verərək ölkəsinə qarşı iqtisadi sanksiyaların yumşaldılmasına çalışmalı, ya da İslam Keşikçiləri Korpusunun İsrailə qarşı "intiqam” əməliyyatlarına dəstək verərək nüvə anlaşmasını riskə atmalıdır”.

Politoloqun sözlərinə görə, İran-İsrail qarşıdurması Azərbaycanın maraqlarına cavab vermir:

"Bakı İranla və İsraillə tərəfdaşlığını davam etdirmək, hər iki ölkə ilə müxtəlif layihələr reallaşdırmaq istəyir. Rəsmi Bakı İsraildə ticarət və turizm nümayəndəliyi açıb və bu nümayəndəliyin yaxın müddətdə Azərbaycanın bu ölkədə səfirliyinə çevriləcəyi istisna deyil. Azərbaycan-İsrail münasibətlərinin üçüncü dövlətlərə qarşı yönəlmədiyi dəfələrlə vurğulansa da, bu əməkdaşlıq İranda fərqli reaksiyalar doğurur. Halbuki, bunun üçün əsas yoxdur”.
Xatırladaq ki,  İsrail İranı iyulun 30-da onun ticarət gəmisinə hücumda ittiham etsə də, Tehran bunu rədd edib. 

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya sülhməramlıları erməni qadının sülh arzularını ürəyində qoydular – VİDEO

Rəsmi Bakı daim Qarabağda yaşayan ermənilərə sülh çağırışları edib və onları birgə yaşayışa səsləyib, onlara Azərbaycanın digər vətəndaşları ilə bərabər şərtlər...

Prezidentdən Aslan Aslanovla bağlı SƏRƏNCAM

Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təl...

“Qaragöl də, başqa yerlər də bizimdir” - Prezident

"Biz indi genişmiqyaslı bərpa işlərinə start verdik. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi bu gün q...

“Taliban” liderləri Bakıya da gələ bilərlər" - AÇIQLAMA

"Taliban” silahlı hərəkatı illər sonra yenidən Əfqanıstanda təkhakimiyyətliliyə yiyələndi. Bir çox dövlətlərin terrorçu birləşmə kimi qəbul etdiyi bu hərəkat in...

Ermənilər Qarabağdan niyə qaçır? - Politoloq

"Qarabağda insanlar qarşıduramın qurbanı olmaq istəmirlər”. Sfera.azxəbər verir ki, bunu açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqar...

Azərbaycan “Taliban” hakimiyyəti ilə əməkdaşlıq edəcəkmi? - Deputat

"Taliban” hərəkatının Əfqanıstanda hakimiyyətə gəlməsi bölgədə və dünyada yeni mənzərə yaradır. Artıq Əfqanıstanın legitim hakimiyyəti təslim olub və bir çox ...