BOK Olimpiya Oyunlarının devizindəki dəyişikliyi təsdiqlədi
14:27 / 20.07.2021
956
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya
Oyunlarının devizindəki dəyişikliyi təsdiqləyib.
Bu vaxtadək Olimpiadalar "Daha sürətli,
daha yüksək, daha güclü!" devizi altında keçirilirdi. Yeni versiya isə belə
səslənəcək: "Birlikdə daha sürətli, daha yüksək, daha güclü" (Latın
dilində: Citius, altius, fortius - Communis).
Sfera.az-ın məlumatına görə, BOK-nin Tokioda
keçirilən iclasında qərar yekdilliklə qəbul edilib.
"Bu əlamətdar hadisədir",-deyə komitənin rəhbəri Tomas
Bax bildirib.
Qeyd edək ki, devizi dəyişdirmək fikrini irəli sürən də məhz odur.
Koronavirus pandemiyasına görə bir il təxirə
salınan və bu ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək "2020-ci il
Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq.
Tokio 2020 Olimpiya Oyunları zamanı rekord
sayda - 33 yarış və 339 tədbir keçiriləcək.
İlk medalların 24 iyul 2021-ci ildə veriləcəyi gözlənilir.
Selcan
Sfera.az