BNATƏBİB sərnişinlərə tibbi maska paylayır

BNA və TƏBİB sərnişinlərə tibbi maska paylayır
 

İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlayıb. 

Sfera.az BNA-ya istinadən xəbər verir ki, koronavirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır.

Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara ictimai nəqliyyatda və alış-veriş mərkəzlərində TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.

Sərnişinlərə COVID-19-un proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.

İctimai nəqliyyatda maska paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək. Nəqliyyat könüllüləri hər gün səhər və axşam pik saatlarında daha sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaq.


OXŞAR XƏBƏRLƏR

Milyonlarla insanın izlədiyi televiziya tarixinin ən çox baxılan hadisələri

İndi istədiyimiz vaxt, istədiyimiz yerdə hər şeyi təkrar-təkrar izləyə bilirik. Amma əvvəllər belə deyildi. Tarixdə elə hadisələr olub ki, eyni anda bütün dünya...

Türkiyədə zəlzələ baş verdi - Bu məktəblər bağlandı

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 4,7 bal gücündə zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İda...

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...