BNA üçün hansı önəmlidir: Prezidentin göstərişləri yoxsa, maddi qazanc? - VİDEO

BNA üçün hansı önəmlidir: Prezidentin göstərişləri yoxsa, maddi qazanc? - VİDEO

Ölkə başçısı İlham Əliyev paytaxt Bakının bir nömrəli probleminə çevrilmiş tıxacların aradan qaldırılması məqsədilə yolların genişləndirilməsinə dair göstəriş və tövsiyyələrini verib. İndi müvafiq qurumlar hərəkətə keçməli və həmin göstərişlərdən irəli gələn vəzifələrin icrasına başlamalıdırlar. Amma görünəın odur ki, bəzi qurumlar nəinki problemin həlli istiqamətində yeni təkliflər verməkdə acizdirlər, əksinə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmədiklərindən mövcud problemlərin üzərinə yenilərini əlavə etməkdədirlər.


Sfera.az xatırladır ki, bu baxımdan Bakı Nəqliyyat Agentliyi (BNA) mənfi mənada "xüsusi fəallığı” ilə diqqət çəkir. BNA-ın yarıtmaz və "tamahın təmin edilməsinə” hesablanmış fəaliyyətinin nəticəsidir ki, paytaxtda hərəkətin intensiv olduğu küçə və prospektlərdə rüsvayçı vəziyyət yaranıb. Avtobus dayanacaqlarını taksi fəaliyyəti ilə məşğul olanlardan yığdıqları haqq qarşılığında onlar üçün duracağa çevirən BNA bəzi küçələrdə hərəkətin iflic olmasına səbəb olur.


Təqdim etdiyimiz videogörüntülərdən də bəlli olduğu kimi taksilər dayanacağı tam olaraq "işğal etdiyindən” marşrut avtobuslar məcburiyyət qarşısında qalaraq dayanacaqdan bir neçə metr irəlidə saxlamaq zorunda qalır. Videoda diqqəti çəkən digər məqam isə taksilərin dayanacaq yaxınlığında yola paralel yox, perpendikulyar şəkildə düzülməsidir ki, nəticədə onsuz da geniş olmayan yol bir qədər də daralır.


Amma digər məsələlərdə həmişə "gözüaçıq” olan BNA nədənsə paytaxt dayanacaqlarında hökm sürən bu biabırçılığı görmür, ya da görmək istəmir. Görünür, BNA üçün taksilərdən topladığı qazanc daha önəmlidir, nəinki Prezidentin tövsiyyə və göstərişləri...

 

Orxan







OXŞAR XƏBƏRLƏR

Siyavuş Novruzov Əli Kərimli barədə: "Tiktokerdir, kompüteri qarşısına qoyub insanlara..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini TƏMİN ETMƏDİ

Bakı Apellyasiya Məhkəməsi Əvəz Zeynallının şikayətini təmin etməyib.   Sfera.az xəbər verir ki, bu barədə “Report”a onun həyat yold...

Ziya Hacılıya yeni VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər verir ki...

“Azərbaycan qalib, Fransa isə Ermənistanla birlikdə məğlub statusundadır” - Cavanşir Feyziyev

“Məncə, danışıqlar əsasən ikitərəfli formatda Azərbaycanla Ermənistan arasında birbaşa dialoq əsasında aparılacaq”   Sfera.az xəbər verir...

Bu ölkədə ilk dəfə evtanaziya təcrübəsi HƏYATA KEÇİRİLDİ

Peruda ölkə tarixində ilk dəfə degenerativ xəstəliyi olan şəxs evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəs...

Milli Məclisin iclası başlayıb - GÜNDƏLİK

Milli Məclisin iclası başlayıb. Sfera.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələ daxil edilib. ...