BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək

BNA: Tələblərə cavab verməyən sahibkarla müqaviləyə xitam veriləcək

"Yaxın vaxtlarda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən daha bir müntəzəm marşrut xətti müsabiqəyə çıxarılacaq. 142 nömrəli marşrut xəttinin müsabiqəyə çıxarılmasına səbəb olaraq bu xətt üzrə BNA-ya gündəlik şikayətlərin daxil olması, avtobusların texniki vəziyyətinin, sürücülərin peşəkarlığının və davranış qaydalarının lazımi səviyyədə olmaması göstərilir".


Sfera.az-ın məlumatına görə, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev report-a bildirib ki, Agentlik lazımi tələblərə cavab verməyən, sərnişinlərin təhlükəsizliyi və rahatlığı üçün əməli addımlar atmayan daşıyıcılarla müqaviləyə xitam verəcək:

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev:

"Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir”.


"Marşrut xətti tələb olunan standartlara cavab verməyəndə xətt müsabiqəyə çıxarılır. BNA-ya ən çox şikayətlər sürücülərin peşəkarlığı, sərnişin və sürücü münasibətlərinin pozulması ilə bağlı daxil olur. Bizim üçün önəmli olan vətəndaşın rahatlığıdır. Hansı daşıyıcı mövcud olan şəffaf idarəetmə sisteminin, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitinin imkanlarından düzgün yararlanıb bu sahədə fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun quracaqsa, biz həmin sahibkarla əməkdaşlığa davam edəcəyik. Yox, əgər işləməyəcəksə, ancaq biznes maraqları güdəcəksə, sərnişinlərin rahatlığı, təhlükəsizliyi baxımından heç bir əməli tədbir görməyəcəksə, onda təbii ki, həmin şəxslə olan müqaviləyə xitam veriləcək. Bizim üçün önəmli olan o avtobuslardan gündəlik istifadə edən vətəndaşımızın rahatlığı və təhlükəsizliyidir”.


Qeyd edək ki, dünən 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü dispetçeri bıçaqlayıb.



OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...