BNA rəsmisi pik saatlardakı sərnişin sıxlığından danışdı

BNA rəsmisi pik saatlardakı sərnişin sıxlığından danışdı

"Avtobus zolaqları olarsa, metronun bağlanması fonunda sərnişin nəqliyyatında yaşanan sıxlıq əhəmiyyətli dərəcədə azalacaq”.


Bu sözləri Sfera.az-a açıqlamasında metronun işləməməsindən qaynaqlanan sərnişin sıxlığının aradan qaldırılması tədbirlərindən danışarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:


"Metroda sərnişindaşınma fəaliyyətinin dayandırılması ilə əlaqədar keçən həftənin sonlarından başlayaraq nəqliyyat planı hazırlanıb. Həmin plana əsasən sərnişin tələbatına uyğun olaraq bəzi ekspres xətlərinin nəqliyyat sistemində dəyişiklik edildi. N7 xətti üzrə hərəkət sxemi tamamilə dəyişdirildi.

 

Həmin xəttdəkiavtobuslar M1 və M2 xəttlərinə dəstək məqsədilə Heydər Əliyev prospektindən keçməklə, 28 May metrostansiyası istiqamətinə yönəldildi. Digər tərəfdən, Babək prospektində daha çox sərnişin tələbatı olduğundan bəzi avtobuslar da bu əraziyə yönəldi”.

 

BNA rəsmisi bildirdi ki, indi paytaxtda gün ərzində 2200 sərnişin avtobusu xidmət göstərir:

 

"Oktyabrın 19-dan xəttə 2100 avtobus buraxıldı. Bu da adi günlərdə olduğundan 10-15 faiz daha çox avtobusun olması deməkdir. Bundan əlavə, ekspres xətlər üzrə daha 70 yaxın avtobus hazır vəziyyətdə saxlanılıb. Zərurət yaransa, onlar da ekspres xətlərə buraxılacaq. Həmin bu avtobuslar daaxşam pik saatlarında xətlərə buraxılıb.Oktyabrın 20-də isə xətlərə 2200-ə qədər avtobus buraxılıb. 100-ə yaxın avtobus isə ehtiyat olaraq saxlanılaraq sonradan daşınmalara cəlb olundu”.


Zərurət olarsa bu say daha da artırılacaq. Bu gün isə həm "Baku Bus”, həm də özəl daşıyıcıların qarajlarındakı bütün avtobuslar xətlərə çıxarılıb.

M. Ağayevin fikrincə, avtobus zolaqları olmalıdır ki, ekspres vəziyyətlərdə belə problemlər yaşanmasın:

 

"Hazırda şəhərdə avtobusların maneəsiz hərəkət etmələri üçün uyğun infrastruktur, avtobus zolaqları yoxdur. Hansı ki, bu məsələni dəfələrlə qaldırmışıq. Avtobus zolaqları olarsa, metronun bağlanmasından sonra bu gün avtobuslarda yaşanan sıxlıq problemi əhəmiyyətli dərəcədə azalacaq”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...