Cəmİyyət

BNA: Postlarda sürücülərin davranışı avtobusları ləngidir

BNA: Postlarda sürücülərin davranışı avtobusları ləngidir
 "Yoxlama postu vətəndaşın hərəkət sərbəstliyinin olub-olmamasını yoxlamaq üçündür. Vətəndaş da bunu təsdiq edən sənədləri təqdim etmək üçün vaxtında hazırlamalıdır. Yaxşı olar ki, sürücülər postlara yaxınlaşmazdan öncə icazə sənədlərini təqdim etmək üçün hazır vəziyyətə gətirsinlər"

Sfera.az xəbər verir ki, bunu "ATV Qərargah" verilişində Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

"Bu gün avtobusların intervalını gecikdirən əsas səbəblərdən biri həmin postlarda yaranmış sıxlıqdır. Gündüz saatlarında rahatlıq olur. Elə çox sərnişin axını olmur. Əsasən səhər və axşam saatlarında sərnişin axını yüksək olur. Həmin vaxtda da postların ətrafında sürücülərin davranışından irəli gələn məsələlər problem yaradır. İntervalı gecikdirən digər məsələlərdən biri isə dayanma-durma qaydalarının pozulması idi. Bununla bağlı mübarizəyə yenidən başlamışıq. Düşünürəm ki, bu hal yavaş-yavaş aradan qalxacaq", - M.Ağayev bildirib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X