BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy
 Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobus şəbəkəsinə, yəni Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Bu dönəmdə isə BNA hərəkəti zəruri olan insanların rahat və təhlükəsiz daşınması üçün müxtəlif tədbirlər görür. Lakin buna baxmayaraq qurum sosial şəbəkələrdə müxtəlif tənqidlərə məruz qalır. Bu isə görülən işlərə kölgə salmaqla yanaşı pandemiya şəraitində işləyən insanlarda ruh düşkünlüyünə də səbəb ola bilər.

Bəs bu tənqidlərin əsas səbəbi nədir?

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda sərt karantin rejiminin tətbiq olunmasında məqsəd yoluxma həddini aşağı endirməkdir:

"Bu zaman ilk olaraq koronavirusa yoluxma ehtimalı daha çox olan sahələr araşdırılır və ilk olaraq onların qapanması ilə bağlı qərar verilir. Qapalı məkan kimi metro nəqliyyatı da virusun yayılmasında əsas risk daşıyan yerlərdən biridir və buna görə də bir müddət metropolitenin fəaliyyəti dayandırıldı. Metronun fəaliyyətinin dayandırılması ilə də sərnişindaşımada əsas yük Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Agentlik isə tez bir zamanda metro stansiyaları arasında hərəkət edən ekspres avtobus xətlərini istifadəyə verdi”.

Millət vəkili bildirib ki, bəzi insanlar görülən işləri başa düşmür və əsassız tənqidlər edir:
"Mən bunu vəziyyəti düzgün dərk edə bilməyən insanların fikirləri kimi görürəm. Digər tərəfdən xırda bir şeydən istifadə edərək Azərbaycan ictimaiyyətində görülən işlərə kölgə salmaq istəyən qüvvələr var. Bütün bunlar onların hərəkətə keçərək insanları düzgün yoldan yayındırmaq istəkləridir. Burada BNA gecə-gündüz öz fəaliyyəti ilə məşğul olur və insanların masksimum rahatlığını təmin etməyə çalışır”.

"Karantin rejiminin məqsədi insanların hərəkətinə məhdudiyyətin qoyulmasıdır. Lakin bəzi insanlar müxtəlif yollarla bu məhdudiyyətlərdən yayınaraq avtobuslarda, xüsusən də, ekspres avtobuslarda sıxlıq yaradırlar. Onlar nəinki "evdə qal” çağırışlarını dinləyib özlərini qorumurlar, həm də sıxlıq yaradaraq digər insanlara təhlükə yaradırlar. Bu məsələlərdə BNA-da heç bir günah görmürəm. Agentliyin ünvanına səsləndirilən tənqidləri isə qərəzli sayıram”, - deyə deputat əlavə edib.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...