BNA-dan “Evdə qal, Azərbaycan” şüarına mühüm dəstək - VİDEO

BNA-dan “Evdə qal, Azərbaycan” şüarına mühüm dəstək - VİDEO
 

Bakı Nəqliyyat Agentliyi (BNA) Nazirlər Kabineti yanında Operativ Qərargahın cəmiyyəti koronavirus pandemiyasının yoluxmasından müdafiə etmək üçün əsas çağırışlarından olan "Evdə qal, Azərbaycan”, "Sağlam qal, Azəraycan” şüarını dəstəkləməyə davam edir.

"Report" xəbər verir ki, BNA "Evdə qal” şüarını dəstəkləmək üçün videoçarx hazırlayıb.

Belə ki, videoçarx hazırkı məqamda koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısını almaq üçün cəmiyyəti evdə qalmağa səsləyir. Hazırda ölkədə elan edilmiş karantin müddətinin müvəqqəti olduğu və bu müddətin ötüb keçəcəyi cəmiyyətə mesaj olaraq ötürülür.

BNA karantin müddəti ərzində cəmiyyətə yüksək səviyyədə xidmət göstərmək üçün əlindən gələni edəcəyini bəyan edib.

Xatırladaq ki, hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus pandemiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Aprelin 5-dən Azərbaycanda hərəkətə məhdudiyyət qoyulacaq. Bildirilib ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək bir sıra qaydaların tətbiqi ilə bağlı qərara alıb. 



OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...