BNA-da 7 nəfər vətən müharibəsi iştirakçısı daimi işlə təmin olunub - VİDEO

BNA-da 7 nəfər vətən müharibəsi iştirakçısı daimi işlə təmin olunub - VİDEO
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi də qoşulub.

Sfera.az bildirir ki, agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub. 

Eyni zamanda məlumat üçün qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR