BNA "BakıKart”la bağlı yaranmış problemi həll edib

BNA
 Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin "BakıKart”ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub.

Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb. Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC, "BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib. 

Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın. Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər "Həzi Aslanov”, "Əhmədli”, "Xalqlar Dostluğu”, "Neftçilər”, "Qara Qarayev”, "Azadlıq”, "20 Yanvar” stansiyalarının  metroları, saat 16:00-dan 20:30-a qədər isə "20 Yanvar”, "Nizami”, "Gənclik”, "N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.  

Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən "BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.   

Videokonfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nasazlıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq, "BakıKart” və "MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq, hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına  səy göstərir.

OXŞAR XƏBƏRLƏR

Pensiyalar və digər sosial ödənişlərlə bağlı mühüm AÇIQLAMA

  Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb. Sfera.az  bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu g...

“Azpetrol”un Bərdədəki YDM-də özbaşınalıq

"Şikayətim Azpetrol-un Bərdədə yerləşən YDM-dəndir. Məsələ belədir, mən yanacağı əksər hallarda pos-terminalla alıram. Bu YDM-də isə kartımdan məbləği çıxmamı...

Atəşkəs 30 dəfə pozulub

  Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimi...

Fəttah Heydərov vəfat etdi

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib. Sfera.az xəbər verir ki, o, ...

Karantinə görə bu şəxslərə 250 manat pul veriləcək - RƏSMİ AÇIQLAMA

"Ölkə üzrə sanitar-epidemioloji vəziyyət nəzarət altındadır". Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib: "Əldə etdiyimiz nəticələr iyunun 21-d...

Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlər - SİYAHI

2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər açıqlanıb Sfera.az xəbər verir...