BNA aeroport yolundakı qəzaya AYDINLIQ GƏTİRDİ

BNA aeroport yolundakı qəzaya AYDINLIQ GƏTİRDİ
Ötən gün səhər saatlarında hava limanı - Mərdəkan yolunda 5 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə qəza baş verən vaxt avtobus dayanacaqdan kənar saxlamaq istəyib.

Yayılan məlumatlara aydınlıq gətirən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bildirib ki, ümumilikdə müntəzəm marşrut xətləri üzrə avtobuslar təyin edilən qrafik üzrə hərəkətdə olan zaman müəyyən olunan dayanacaq məntəqələrində hökmən dayanmalıdır:

"Sərnişinlərin mindirilib-düşürülməsi də dayanacaq məntəqələrində olmalıdır. Təhlillərə əsasən qeyd edim ki, bu gün daha çox nağd ödəniş sistemində olan xətlər üzrə avtobusların dayanacaqdan kənar saxlaması hallarına rast gəlinir. Bunun özü sərnişindaşımalarda nağdsız ödənişin tətbiqinin vacibliyini göstərir. Həmçinin, bildirim ki, dayanacaqdan kənarda saxlama halları tərəfimizdən aşkarlandıqdan İXM-nə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilir.

Konkret bu qəzada isə yayılan videodan da aydın görünür ki, avtobus normal zolaq üzrə hərəkətdə olan zaman arxadan yük avtomobili ona çırpılır. İnsanların köşkün qarşısında toplanması o demək deyil ki, avtobus da məhz köşkün yanında saxlayacaqdı. Biz dəfələrlə şahidi olmuşuq ki, sərnişinlər dayanacaqdan aralı dayanır amma avtobus buna baxmayaraq onun üçün təyin olunmuş məntəqəyə daxil olur".

Qeyd edək ki, dünən səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı 5 nəfər ölüb, 25 nəfər yaralanıb.
 
(trend)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlimə ÇAĞIRDI

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək. Sfera....

Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. ...

Sabaha olan hava proqnozu

Oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam b...

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşından danışdı: Onu etməsəydim...

"21 ildir ailəliyəm, 4 övladımız var. Ailə incə məsələdir. İnsanın özünün dartacağı yükdür. Onu rahatlıqla açıb, sosial şəbəkədə parıldatmaq, yalan məlumatlarla...

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi ilə bağlı icmalını yaydı - VİDEO

Müdafiə Nazirliyi ötən ilin bu həftəsi - Vətən müharibəsi ilə bağlı icmalını yayıb. Bu barədə Sfera.az nazirliyə istinadən xəbər verir.   ...

Vilayət Eyvazov işdən çıxardığı rəisi yeni vəzifəyə TƏYİN ETDİ

Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub. Sfera.az xəbər verir ki, bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbə...