BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb

BMT: Son günlər Qarabağdan yüzlərlə insan qaçqın düşüb
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik bildirib.
O, Cenevrədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarın İdarəsinin məlumatlarını açıqlayıb. 
"İdarənin məlumatına görə, Dağlıq Qarabağda bu günlərdə baş verən hərbi əməliyyatlar nəticəsində yüzlərlə sakin, əsasən də qadınlar və uşaqlar öz evlərini tərk etmək məcburiyyətində qalıblar”, - Dyujarrik bildirib və əlavə edib ki, köçkünlərin əksər hissəsi regionun şimali-şərq hissəsindəndir.
İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıb. 
Qaçqınlardan bəziləri zorakılıqdan qorunmaq üçün son 20 ildə bir neçə dəfə yaşayış yerlərini dəyişməli olduqlarını bildiriblər. 
"Qaçqınlarla İş İdarəsi dinc əhalinin həlak olması, evlərin və infrastrukturun dağılması haqqında da məlumat alıb”, - baş katibin nümayəndəsi bildirib. 
İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni köçkünlərin humanitar ehtiyaclarına reaksiya üçün yardım təklif edilib. 

OXŞAR XƏBƏRLƏR

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...

Meyxanaçı nəvəsinə Polad Həşimovun adını verdi

Meyxanaçı İntiqam Rüstəmov baba olub.   Sfera.az xəbər verir ki, bu barədə sənətçi "7 Tamam" verilişində bildirib. Sənətçinin sayca dördünc...

Mask: "Qərbdə gec-tez vətəndaş müharibəsi başlayacaq"

Qərbdə vətəndaş müharibəsi gec-tez başlayacaq, istəsək də, istəməsək də. Sfera.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində ya...