BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət etdi - VİDEO

BMT rəsmisi Azərbaycan vətəndaşlarına müraciət etdi - VİDEO
BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı "Bunu Azərbaycan üçün edin” adlı müraciət yayıb.

Sfera.az-ın xəbərinə görə, müraciətdə deyilir:

"Azərbaycan üçün et”

Əziz dostlar,

Təəssüf ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. Azərbaycanda da yoluxanların sayı artır. Təəssüf ki, ölənlərin də. Bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm:

- Fiziki məsafə saxlayın;

- Əllərinizi tez-tez yuyun;

- Tələb olunan yerlərdə maska taxın; onlardan düzgün istifadə edin;

- Zərurət yaranmadıqca evdən çıxmayın;

- Hökumətin tələblərinə riayət edin.

Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!

Təşəkkür edirəm!"
 

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR