BMT-nin baş katibi dünyanı qlobal sistem qurmağa çağırdı
Dünya
00:28 / 05.05.2021
6183
"COVID-19 pandemiyası dünyanı hazırlıqsız yaxaladı”.
Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin tvitter paylaşımında deyilir.
Baş katib böhranla mübarizə üçün yeni təklif irəli sürüb:
"Təcili olaraq böhranla mübarizə aparmaqla yanaşı, fəlakətlərə çevrilmədən əvvəl problemlərlə məşğul olan qlobal bir sistem qurmalıyıq”.
A.Quterreş dünyanı bu əzabın təkrarlanmaması üçün qərar verməyə çağırıb.