Bloger yarım milyonluq \"Galendevagen\"i helikopeterdən yerə atdı - ANBAAN VİDEO

Bloger yarım milyonluq \
Rusiyada sosial şəbəkələrdə qeyri-adi paylaşımları ilə tanınan blogerin yeni videosu gündəm olub.

Sfera.az yeniavaz.com-a istinadla xəbər verir ki, tanınmış rus bloger İqor Moroz yeni çəkdiyi videosunda 260 min dollar (442 min manat) dəyərindəki "Galendevagen"i helikopter vasitəsilə yüzlərlə metr yüksəklikdən aşağı atıb. İqor yerə düşərək paramparça olan avtomobili rahat şəkildə, oturaraq izləyib.
 
Həmin video insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri İqoru dəstəkləsə də, əksər izləyicilər avtomobilin məhv edilməsinin israf olduğunu bildiriblər.
 
Rusiya televiziyalarına müsahibə verən bloger növbəti dəfə helikopterdən "Rolls Royce Cullinan" avtomobilini atacağını deyib.
 


OXŞAR XƏBƏRLƏR